Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Eldar Qasımov: "Bəlkə, yenidən "Avroviziya"ya qayıtdım"

© AP Photo / Frank AugsteinПобедители "Евровидения-2011" Нигяр Джамал и Эльдар Гасымов, фото из архива
Победители Евровидения-2011 Нигяр Джамал и Эльдар Гасымов, фото из архива  - Sputnik Azərbaycan, 1920, 27.03.2021
Abunə olmaq
Məşhur Azərbaycan müğənnisi onu bütün dünyaya tanıdan beynəlxalq layihədə qələbə qazanandan sonra həyatının necə dəyişdiyindən danışıb.

BAKI, 27 mart — Sputnik, Kəmalə Əliyeva. "Avroviziya-2011" beynəlxalq mahnı müsabiqəsindəki qələbə Eldar Qasımovu nəinki bütün dünyada tanıtdı, eyni zamanda, sevdiyi işlə məşğul olmasına və müxtəlif ölkələrdən çoxsaylı pərəstişkar qazanmasına səbəb oldu. Müğənni bunu Sputnik Azərbaycan-a müsahibəsində etiraf edib.

Eldar Qasımovla Nigar Camal düz on il bundan əvvəl Azərbaycanı "Avroviziya" layihəsində təmsil etmişdilər. Duet şəklində ifa etdikləri "Running Scared" mahnısı onlara həm qələbə qazandırdı, həm də bütün dünyada məşhurlaşdırdı. Hazırda müğənnilərin ikisi də karyerasını uğurlu şəkildə davam edir, ancaq ayrı-ayrılıqda...

© AP Photo / Frank AugsteinEldar Qasımov "Avroviziya" yarışması zamanı
Eldar Qasımov: Bəlkə, yenidən Avroviziyaya qayıtdım - Sputnik Azərbaycan, 1920, 27.03.2021
Eldar Qasımov "Avroviziya" yarışması zamanı

Eldar Qasımov layihədə iştirak edənə kimi Bakı Slavyan Universitetinin Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin tələbəsi idi. Ancaq Qasımov həmişə səhnədə olmağı arzulayıb və inanıb ki, əvvəl-axır onu xoşbəxt edəcək sənətlə məşğul olacaq.

"Avroviziya" müsabiqəsi sayəsində Eldar özünə çoxlu dost-tanış qazanıb, yaxşı əlaqələr qurub və ən əsası, sevdiyi işlə məşğul olmağa başlayıb.

"Hər bir yaradıcı insanın enişli-çıxışlı vaxtları olur. Həm də yaradıcı insanlar çox həssas olurlar. Mən də bu baxımdan istisna deyiləm. Son on il müddətində həyatımda çox mühüm hadisələr baş verdi ki, onlardan ikisi daha əsasdır: birincisi, həqiqətən də, görmək istədiyim işlə məşğulam və ikincisi, insanların, tamaşaçılarımın bütün bu illər ərzində mənimlə birlikdə olmasıdır. Mən onları "Eldarın ordusu" adlandırıram. Mənə tez-tez sosial şəbəkələrdə yazırlar ki, hansısa mahnım həyatın müəyyən anlarında onlara kömək edib. Bu mənim üçün ən böyük mükafatdır", – deyə Qasımov etiraf edir.

Müğənni bütün hisslərini tamaşaçıları ilə bölüşür. O, insanları əyləndirməyi, güldürməyi sevir. Öz sözləri ilə desək, pərəstişkarlarına həyat hekayəsini danışır ki, həm sevincini, həm də kədərini onlarla bölüşdüyünü anlasınlar.

"Avroviziya"ya qatılandan sonra bu layihənin digər iştirakçılar kimi Qasımov da öz qarşısına böyük planlar qoyub. Ancaq müğənni deyir ki, illər keçdikcə insan yaxınlarının, doğmalarının sağ-salamat və yanında olmasının karyeradan daha vacib olduğunu anlayır. Qasımov belə hesab edir ki, bu sarıdan bəxti gətirib, çünki həmişə xeyirxah, vicdanlı, sadiq insanlar əhatəsində olub.

© AP Photo / Frank AugsteinEldar Qasımov "Avroviziya" yarışması zamanı
Eldar Qasımov: Bəlkə, yenidən Avroviziyaya qayıtdım - Sputnik Azərbaycan, 1920, 27.03.2021
Eldar Qasımov "Avroviziya" yarışması zamanı

"Avroviziya" mənim üçün artıq keçilmiş mərhələdir. Ancaq üstündən on il keçməsinə baxmayaraq, layihənin bir çox iştirakçıları ilə hələ də əlaqə saxlayıram. Beynəlxalq konsertlərdə, şoularda iştirak edərkən tamaşaçıların məni necə qarşılamalarından, mahnılarımı oxumalarından onların sevgisini hiss edə bilirəm. Bu çox xoşdur", – Eldar belə deyir.

"Avroviziya"nın əsl fanatıyam. Yenilikləri, mahnıları həmişə izləyirəm, lakin bir müğənni kimi bu müsabiqədən ala biləcəyim hər şeyi almışam. Bununla belə, kim bilir, bəlkə də günlərin bir günü yenidən "Avroviziya"a qayıtdım, amma müğənni kimi deyil, bəstəkar kimi", – deyə Qasımov qeyd edir.

O, artıq "Avroviziya-2021"-in iştirakçısı Samirə Əfəndi üçün mahnı yazıb. Həmin mahnı müsabiqənin qısa siyahısının (short-list) üçlüyünə düşüb. Daha sonra özü də həmin mahnını ifa etmək qərarına gəlib və tamaşaçılar tərəfindən çox bəyənilib.

© AP Photo / Frank AugsteinEldar Qasımov "Avroviziya" yarışması zamanı
Eldar Qasımov: Bəlkə, yenidən Avroviziyaya qayıtdım - Sputnik Azərbaycan, 1920, 27.03.2021
Eldar Qasımov "Avroviziya" yarışması zamanı

Qasımovun sözlərinə görə, keçən ilin sentyabr ayından bəri bütün azərbaycanlılar kimi onun da ruhuna vətənpərvərlik hissi hakim kəsilib və hələ də bu hissdən uzaqlaşa bilməyib. Ona görə də son vaxtlar daha çox Azərbaycan xalq və müəllif mahnılarını yeni aranjemanda ifa edir. Hazırda müğənni vətənpərvərlik ruhuna köklənib və yeni layihələr üzərində çalışır.

"Mənə dəfələrlə xaricə köçmək və karyeramı orada davam etdirmək təklif olunub. Fəaliyyət göstərdiyim sahə elədir ki, burada nadir hallarda coğrafiya öz rolunu oynayır. Bakıda olduğum vaxt məni Almaniya, İsveçrəyə və başqa ölkələrə dəvət edirlər. Pandemiyaya qədər Amsterdamda konsert vermişdim. Əlbəttə ki, xaricdə qalsaydım, hər şey daha asan olardı, ancaq hələlik özümü buna hazır hiss etmirəm. Ümumilikdə isə bütün insanlarla dil tapa bilirəm", – deyə Qasımov vurğulayır.

"Avroviziya"da iştirak edən duetlərin çoxu müsabiqədən sonra iştirakçılar arasında yaranan fikir ayrılığı səbəbindən dağılıb. Eldar və Nigar isə on il müddətində dostluqlarını davam etdirir və tez-tez müxtəlif tədbirlərdə birgə çıxış edirlər. Tez-tez görüşməsələr də, ümumi cəhətləri çox olduğundan, yaxşı yola gedirlər.

"Görüşəndə hər şeydən danışa bilirik, hətta bəzən kiminsə qulağını cingildədirik. Amma sözün yaxşı mənasında. Məsələn, Nigar mənə deyir: "Səninlə daha çox şəklim var, nəinki keçmiş həyat yoldaşımla". Belə hesab eləyirəm ki, bizi qazandığımız qələbə, həmin vaxt keçirdiyimiz unudulmaz hislər birləşdirir. Biz o duyğuları bütün həyatımız boyu unutmayacağıq. Artıq on ildir ki, tamaşaçılara yeni duetimizi təqdim etmək istəyirik. Təəssüf ki, bu bir az çətin işdir, çünki Nigarla mən müxtəlif musiqi istiqamətlərində çalışırıq, zövqlərimiz də fərqlidir. Digər tərəfdən, əgər birlikdə hər hansı bir işə imza atsaq, gərək bunu ən yüksək səviyyədə həyata keçirək. Çünki bütün Avropa bundan xəbər tutacaq, yazacaq", – deyə Qasımov etiraf edir.

© AP Photo / Frank AugsteinEldar Qasımov "Avroviziya" yarışması zamanı
Eldar Qasımov: Bəlkə, yenidən Avroviziyaya qayıtdım - Sputnik Azərbaycan, 1920, 27.03.2021
Eldar Qasımov "Avroviziya" yarışması zamanı

Müğənni Azərbaycanı "Avroviziya-2021"-də təmsil edəcək Samirə Əfəndiyə öz tövsiyələrini də verdi. Onun fikrincə, bu müsabiqədə qələbə – səy, bacarıq və zəhmətkeşliyin cəmindən ibarətdir və müğənni buna fiziki, mənəvi və psixoloji cəhətdən hazır olmalıdır.

"Həmişə uşaqlara deyirəm ki, səhnəyə çıxanda, sadəcə, tamaşaçılardan, işıqdan, kameradan, oxuduğun mahnıdan zövq almalısan. Bu üç dəqiqə ərzində tamaşaçını bunun məhz sənin hekayən olduğuna inandırmalısan. Mənim üçün insanların qəlbinə toxunmaq, onların yaddaşında qalmaq aldığım o mükafatdan daha vacib idi", – deyə Qasımov əlavə edir.

Xəbər lenti
0