CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Aktyor Ramiz Məmmədov dəfn olundu

© pixabay / NoirƏklil
Əklil - Sputnik Azərbaycan, 1920, 22.03.2021
Abunə olmaq
Aktyorla vida mərasimi Təzə Pir məscidində baş tutub. Mərasimdə R.Məmmədovun ailə üzvləri, yaxınları və sənət yoldaşları iştirak ediblər.

BAKI, 22 mart - Sputnik. Bu gün Xalq artisti Ramiz Məmmədovla vida mərasimi keçirilib.

Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, vida mərasimi Təzə Pir məscidində baş tutub. Mərasimdə R.Məmmədovun ailə üzvləri, yaxınları və sənət yoldaşları iştirak ediblər.

Sonra mərhum Yasamal qəbristanlığında torpağa tapşırılıb.

Qeyd edək ki, xərçəng xəstəliyindən əziyyət çəkən R. Məmmədov dünən günorta saatlarında vəfat edib.

Aktyor Ramiz Hüseynzadə  - Sputnik Azərbaycan, 1920, 18.03.2021
MƏDƏNİYYƏT
Azərbaycanlı gənc aktyor qəfildən vəfat etdi

Ramiz Məmmədov 1956-cı ildə anadan olub. 1975-ci ildə İncəsənət İnstitutunun tələbəsi olan R.Məmmədov Musiqili Komediya Teatrına dəvət alır, elə ilk günlərdən özünün fitri istedadı, özünə məxsus oyun tərzi ilə kollektivdə nəzərini cəlb edir, ilk rolları ilə tamaşaçıların get-gedə böyük rəğbətini qazanır.

R.Məmmədov "Qaynana"da Əli, "Gurultulu məhəbbət"də Həsən, "Gözün aydın"da Qəhrəman, "Boşanaq, evlənərik"də Ağacan, "O olmasın, bu olsun"da Rza bəy, Hambal, "Bəbirlinin kələkləri"ndə Bəbirli və başqa obrazlar yaradıb. Televiziyanın "Səhər görüşləri"ndə, "Yumoristik novellalar", "Komediyalar aləminə səyahət" verilişlərində, "Yaşıl eynəkli adam", "Zümrüd quşu", "Qaynana əməliyatı", "Get gətir", "Əzəlim qözəlim", "Mənim dayım" tamaşalarında müxtəlif rollar oynayan aktyor daha çox populyarlıq qazanıb.

2001-ci ildə Respublikanın Əməkdar Artisti, 2013-cü ildə Xalq Artisti fəxri adına layiq görülüb. 9 may 2012-ci ildə, 30 aprel 2014-cü ildə, 6 may 2015-ci ildə və 6 may 2016-cı ildə Prezident Mükafatına layiq görülüb.

Allah rəhmət eləsin!

Xəbər lenti
0