CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanın məşhur aktyoru vəfat etdi

© Photo : TRENDXalq artisti Ramiz Məmmədov
Xalq artisti Ramiz Məmmədov - Sputnik Azərbaycan, 1920, 21.03.2021
Abunə olmaq
Uzun illər Akademik Musiqili Teatrda çalışmış aktyorun xərçəng xəstəliyindən əziyyət çəkdiyi deyilir. 

BAKI, 21 mart - Sputnik. Azərbaycanın məşhur aktyoru, Xalq artisti Ramiz Məmmədov dünyasının dəyişib. 

Sputnik Azərbaycan bildirir ki, bu barədə mədəniyyət yazarı Əli Novruzəliyev məlumat verib.  Uzun illər Akademik Musiqili Teatrda çalışmış aktyorun xərçəng xəstəliyindən əziyyət çəkdiyi deyilir. 

Ramiz Məmmədov 1956-cı ildə anadan olub. 1975-ci ildə İncəsənət İnstitutunun tələbəsi olan R.Məmmədov Musiqili Komediya Teatrına dəvət alır, elə ilk günlərdən özünün fitri istedadı, özünə məxsus oyun tərzi ilə kollektivdə nəzərini cəlb edir, ilk rolları ilə tamaşaçıların get-gedə böyük rəğbətini qazanır.

R.Məmmədov "Qaynana"da Əli, "Gurultulu məhəbbət"də Həsən, "Gözün aydın"da Qəhrəman, "Boşanaq, evlənərik"də Ağacan, "O olmasın, bu olsun"da Rza bəy, Hambal, "Bəbirlinin kələkləri"ndə Bəbirli və başqa obrazlar yaradıb. Televiziyanın "Səhər görüşləri"ndə, "Yumoristik novellalar", "Komediyalar aləminə səyahət" verilişlərində, "Yaşıl eynəkli adam", "Zümrüd quşu", "Qaynana əməliyatı", "Get gətir", "Əzəlim qözəlim", "Mənim dayım" tamaşalarında müxtəlif rollar oynayan aktyor daha çox populyarlıq qazanıb.

2001-ci ildə Respublikanın Əməkdar Artisti, 2013-cü ildə Xalq Artisti fəxri adına layiq görülüb. 9 may 2012-ci ildə, 30 aprel 2014-cü ildə, 6 may 2015-ci ildə və 6 may 2016-cı ildə Prezident Mükafatına layiq görülüb.

Allah rəhmət eləsin!

Xəbər lenti
0