Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Dünya şöhrətli rejissor Türkiyədə film çəkmək istəyir - VİDEO

© © Slaven Vlasic / Getty Images via AFPQay Riçi, arxiv şəkli
Qay Riçi, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 19.03.2021
Abunə olmaq
Hazırda "Beş göz" filminin çəkilişləri üçün Türkiyədə olan tanınmış rejissor bütün filmlərini burada çəkmək istədiyini bəyan edib.

BAKI, 19 mart — Sputnik. Britaniyalı ssenarist və rejissor Qay Riçi Türkiyədə film çəkmək istəyir.

Sputnik Azərbaycan xəbər verir ki, aktyor özünün "Twitter" hesabında bu barədə yazıb. Hazırda "Beş göz" filminin çəkilişləri üçün Türkiyədə olan tanınmış rejissor bütün filmlərini burada çəkmək istədiyini bəyan edib. "Türkiyə sanki yeni bir kəşfdir: gözəl mətbəx, ölkə, hotellər və insanlar. İki aylıq çəkilişlərdən sonra bütün filmlərimi burada lentə almaq istərdim", - deyə Riçi yazıb.

Xatırladaq ki, Q.Riçi "Revolver", "Şerlok Holms", "Kral Arturun qılıncı", "Ələddin", "Centlmenlər" kimi filmlərin rejissorudur. O, xeyli müddət müğənni Madonna ilə ailəli olub.

 

Xəbər lenti
0