13:41 19 Aprel 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0223
  • EUR2.0328
MƏDƏNİYYƏT
Qısa URL
32 0 0

"Tornike özünün aqressiv və ləyaqəti alçaldan danışıq tərzi ilə tanınır. Ölkəmizin imicini qorumaq məqsədilə ictimai teleradio şirkətinə müraciət edir və ifaçının müsabiqədən kənarlaşdırılmasını tələb edirik", - deyə petisiyada bildirilir.

BAKI, 19 mart — Sputnik. Gürcüstan vətəndaşları "Avroviziya 2021" mahnı müsabiqəsində ölkələrinin müğənni Tornike Kipiani tərəfindən təmsil olunmasına qarşı çıxıblar.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadən xəbər verir ki, onlar bu gündən etibarən ifaçının müsabiqədən kənarlaşdırılması üçün petisiya tərtib edərək, imza toplamağa başlayıblar.

"Tornike özünün aqressiv və ləyaqəti alçaldan danışıq tərzi ilə tanınır. Ölkəmizin imicini qorumaq məqsədilə ictimai teleradio şirkətinə müraciət edir və ifaçının müsabiqədən kənarlaşdırılmasını tələb edirik", - deyə petisiyada bildirilir.

Qeyd edək ki, Kipiani "Facebook" sosial şəbəkəsində öz tənqidçiləri və "Avroviziya" müsabiqəsi barədə təhqiramiz ifadələr işlədib.

Əsas mövzular