11:10 21 Aprel 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0446
  • RUB0.0221
MƏDƏNİYYƏT
Qısa URL
22 0 0

Müsabiqə Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinin qeyd edilməsinə dair Tədbirlər Planı" çərçivəsində keçirilir.

BAKI, 17 mart — Sputnik. Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Gənclər Fondu "GəncApp" mobil tətbiqi üzərindən "Sirlər xəzinəsi" adlı intellektual müsabiqəyə start verir. Sputnik Azərbaycan xəbər verir ki, il ərzində hər ay onlayn formatda keçiriləcək intellektual müsabiqənin məqsədi gənclərin asudə vaxtının səmərəli təşkili, intellektual bacarıqlarının inkişaf etdirilməsi və dünya elmi-ədəbi fikrinin diqqət mərkəzində olan Nizami Gəncəvi irsinin gənclər tərəfindən dərindən mənimsənilməsidir.

Müsabiqəyə 16-29 yaş arasında bütün gənclər qatıla bilərlər. İlk müsabiqə 17-21 mart tarixlərini əhatə edir. Bu müddətdə hər gün "GəncApp" mobil tətbiqi vasitəsilə iştirakçılara 1 sual-bildiriş göndəriləcək. Müsabiqənin yekununda ən çox xal toplayan 3 gənc qalib seçilərək mükafatlandırılacaq. Müsabiqədə iştirak etmək üçün "GəncApp" mobil tətbiqini həm "Android", həm də "iOS" əməliyyat sistemli mobil telefonlar üçün yükləyə bilərsiniz.

Qeyd edək ki, müsabiqə Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinin qeyd edilməsinə dair Tədbirlər Planı" çərçivəsində Nizami Gəncəvi irsinin gənclər arasında müasir texnoloji vasitələr, rəqəmsal platformalar, sosial media alətləri vasitəsilə təbliği məqsədilə həyata keçirilir.

Müsabiqə barədə ətraflı məlumat http://mct.gov.az/az/elanlar/137 linkində yerləşdirilib.

Əsas mövzular