Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Beyons rekord qırdı - VİDEO

© © KEVIN WINTER / Getty Images via AFPБейонсе во время 63-й ежегодной церемонии вручения награды GRAMMY
Бейонсе во время 63-й ежегодной церемонии вручения награды GRAMMY - Sputnik Azərbaycan, 1920, 15.03.2021
Abunə olmaq
63-cü mərasim zamanı müğənninin "Brown Skin Girl" mahnısına çəkilən klipi "Ən yaxşı musiqili video" nominasiyasında, eləcə də "Black Parade" mahnısı "R&B janrında ən yaxşı mahnı" kateqoriyasında qalib olub.

BAKI, 15 mart — Sputnik. Amerikalı müğənni Beyons "Grammy" mükafatları tarixində qadınlar arasında ən çox nominasiya qazanaraq rekord qırıb. Sputnik Azərbaycan xarici mediaya istinadən xəbər verir ki, 63-cü mərasim zamanı müğənninin "Brown Skin Girl" mahnısına çəkilən klipi "Ən yaxşı musiqili video" nominasiyasında, eləcə də "Black Parade" mahnısı "R&B janrında ən yaxşı mahnı" kateqoriyasında qalib olub.

Onun rep müğənnisi Meqan Thee Stallionla birgə ifası olan "Savage" "Ən yaxşı rep mahnı" mükafatına layiq görülüb.

İndi Beyonsun 28 "Grammy" mükafatı var və bununla da o, Elison Kraussun rekordunu qırıb. 2010-cu ildə 52-ci "Grammy" mükafatlarında Beyons bir il ərzində 10 nominasiya üzrə qalib olmuşdu.

Xəbər lenti
0