08:33 20 Aprel 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0223
  • EUR2.0328
MƏDƏNİYYƏT
Qısa URL
47 0 0

Azərbaycanlı müğənni “Avroviziya” klipində kurtizanka, rəqqasə və casus Mata Hari obrazında görünüb.

BAKI, 15 mart — Sputnik, Kəmalə Əliyeva. Azərbaycanı "Avroviziya-2021" beynəlxalq mahnı müsabiqəsində təmsil edəcək Samirə Əfəndi "Mata Hari" adlı mahnısını və ona çəkilmiş klipi təqdim edib. Sputnik Azərbaycan xəbər verir ki, klipdə S.Əfəndi kurtizanka, rəqqasə və casus Mata Hari obrazında görünüb.

Xatırladaq ki, "Mata Hari" mahnısının müəllifi və prodüseri Hollandiya triosu – Emi van der Uel, Luk van Birs Toni Kornelissendir.

"Avroviziya" müsabiqəsinin milli yayımçısı olan Azərbaycan İctimai Televiziyasından (İTV) bir qədər əvvəl verilən məlumata görə, mahnı yerli və xarici müəlliflərin təqdim etdiyi 229 kompozisiya arasından seçilib.

Bu il Rotterdamda (Hollandiya) keçiriləcək "Avroviziya" müsabiqəsinin yarımfinal konsertlərinin mayın 18-də və 20-də başa tutacağı gözlənilir. Pandemiya səbəbindən yarış yeni qaydalarla təşkil olunacaq. Belə ki, iştirakçılar bek-vokalı əvvəlcədən fonoqrama yazdırıb çıxış etdikləri vaxt onu "canlı" ifaları ilə birləşdirə biləcəklər. İfaçıların bu imkandan istifadə edib-etməmək hüququ var. Müsabiqədə Azərbaycan nümayəndə heyətinə bəstəkar və prodüser İsa Məlikov rəhbərlik edir.

"Avroviziya-2021"-in yarımfinal mərhələsindəki çıxışların sırası 2020-ci ildə baş tutmayan müsabiqəyə uyğun şəkildə müəyyənləşdirilib. Həmin sıraya görə, Azərbaycan təmsilçisi birinci yarımfinalın ikinci hissəsində çıxış edəcək.

Xatırladaq ki, bu, Samira Əfəndinin qatıldığı ilk müsabiqə deyil, o, "Yeni Ulduz", "Böyük Səhnə" və "Səs Azərbaycan" mahnı müsabiqələrində də iştirak edib.

Bundan başqa, müğənni 2017-ci ildə Qazaxıstanın Almatı şəhərində keçirilmiş "Silk Way Star" beynəlxalq mahnı müsabiqəsində Azərbaycanı təmsil edib və üçüncü yerə layiq görülüb. Samirə Əfəndi 2019-cu ildə Qazaxıstanın Nur-Sultan şəhərində keçirilən "Nur-Sultanın səsi" festivalının da iştirakçısı olub.

Teqlər:
Samir Əliyev, video, mahnı, Azərbaycan, "Avroviziya" mahnı müsabiqəsi

Əsas mövzular