12:27 19 Aprel 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0223
  • EUR2.0328
MƏDƏNİYYƏT
Qısa URL
22 0 0

Bəstənin söz və musiqisi Sevincin özünə, aranjmanı Samir Şirinova, mix-masterinqi isə Oleq Naumova məxsusdur. Klipin rejissorluğu yenə də Dele Orucluya həvalə olunub.

BAKI, 14 mart — Sputnik. Müğənni Zamiq Hüseynov ilə Sevinc Ağasıyevanın ("Sivva") uzun zamandır hazırladığı "Dedilər"i təqdim olunub.

Sputnik Azərbaycan xəbər verir ki, xanım həmkarlarından yalnız Röya Ayxan ilə duet oxuyan Zamiq Hüseynovun budəfəki seçimi bəstəkar-müğənni Sevinc Ağasıyeva olub. Bəstənin söz və musiqisi Sevincin özünə, aranjmanı Samir Şirinova, mix-masterinqi isə Oleq Naumova məxsusdur. Klipin rejissorluğu yenə də Dele Orucluya həvalə olunub. 70-80-ci illərin ab-havasında yaradılan ekran işində cütlüyün tərzi xüsusi olaraq seçilib. Klipdə iki nəfərin sevgi romanı əks olunub.

Zamiqin obrazı truba ifaçısıdır. Onun qocalığını fotoqraf-aktyor Şahin Yüksəl Sərkərov canlandırıb. Sevinc Ağasıyeva isə klipdə elə həyatda olduğu kimi müğənnidir. Onun yaşlı obrazını xalq artisti Nübar Novruzova oynayıb.

Teqlər:
Zamiq Hüseynov, video, mahnı, klip

Əsas mövzular