Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Azərbaycanlı ifaçı Britaniya radiosunun siyahısına düşdü

© Depositphotos.com / MaxxyustasМикрофон и наушники
Микрофон и наушники - Sputnik Azərbaycan, 1920, 13.03.2021
Abunə olmaq
Camal Əliyev 5 yaşında Ankarada violonçel təhsili almağa başlayıb, 13 yaşından isə öz musiqi təhsilini Londonda davam etdirib.

BAKI, 13 mart — Sputnik. Böyük Britaniyada yaşayan azərbaycanlı violonçel ifaçısı Camal Əliyev bu ölkənin klassik musiqi sahəsində ixtisaslaşan "Classical FM" radiosu tərəfindən dünyada 30 ən qabaqcıl gənc (30 yaşadək) musiqiçiləri sırasına daxil edilib.

Sputnik Azərbaycan xəbər verir ki, "Classical FM"in bütün musiqi alətləri üzrə müəyyənləşdirdiyi siyahıda cəmi iki violonçel ifaçısı yer alıb.

Camal Əliyev 5 yaşında Ankarada violonçel təhsili almağa başlayıb, 13 yaşından isə öz musiqi təhsilini Londonda davam etdirib. Londonda dünyanın ən böyük klassik musiqi festivalı sayılan "BBC Proms Festivalı"nda konsert verib. Festival çərçivəsində BBC Konsert Orkestri ilə birlikdə 8 min nəfərlik "Royal Albert Hall"da səhnəyə çıxan ifaçı hər il solo konsertlər verir. Bu konsertlər BBC Radio və Televiziyasında canlı yayımlanır.

Xəbər lenti
0