12:29 19 Aprel 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0223
  • EUR2.0328
MƏDƏNİYYƏT
Qısa URL
2810

Əliağa 2020-ci il oktyabrın 6-da, səhər saatlarında Tərtər-Ağdərə istiqamətində gedən ağır döyüşlərin birində qəhrəmancasına şəhid olur. O, canı bahasına tabor komandirini qoruyur, vücudunu ona sipər edir...

BAKI, 12 mart - Sputnik. Azərbaycan Dövlət Akademik Musiqili Teatrından cəbhəyə yollanmış şəhid Əliağa Məmmədovun xatirəsinə yeni videoçarx həsr edilib. 

Teatrdan Sputnik Azərbaycan-a verilən məlumata görə, Əliağa hər zaman teatr kollektivi arasında böyük sayqı və ehtiramla yad edilir. Teatrın gənc aktyoru, vaxtı ilə Əliağa ilə işıq sexində birlikdə çalışmış Zaur Əliyev də öz həmkarına bir videoçarx həsr edib. Teatrın direktoru Əliqismət Lalayevin rəhbərliyi ilə hazırlanan videoçarxda qəhrəmanımızın obrazı böyük sevgi ilə təqdim olunur və ona “İşıq adam” deyə müraciət edilir. Videoçarxın səsləndirilməsində müəlliflə yanaşı, teatrın solisti, Prezident mükafatçısı Əmrah Dadaşov da iştirak edib.

Teatrın yaradıcı heyəti Əliağanın əziz xatirəsinə ithaf olaraq bundan öncə də “Döyüşən teatr” (rej: S.Qulamov) sənədli filmini çəkmişdi.

Xatırladaq ki, Əliağa Eldəniz oğlu Məmmədov 26 iyul 2001-ci ildə Bakının Sabunçu rayonunda anadan olub. Milli qəhrəman Nazim İsmayılov adına 80 saylı tam orta məktəbi bitirdikdən sonra uşaqlıqdan məşğul olduğu cüdo idman növü üzrə müxtəlif yarışlarda iştirak edib, medal və sertifikatlar qazanıb.

Sonradan peşə təhsili alaraq Azərbaycan Dövlət Akademik Musiqili Teatrında işıq operatoru kimi fəaliyyətə başlayıb. Elə hərbi xidmətə də teatrdan yola düşüb.

Əliağa 2020-ci il oktyabrın 6-da, səhər saatlarında Tərtər-Ağdərə istiqamətində gedən ağır döyüşlərin birində qəhrəmancasına şəhid olur. O, canı bahasına tabor komandirini qoruyur, vücudunu ona sipər edir...

Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Ruhları şad olsun!

Teqlər:
xatirə, videoçarx, Dövlət Musiqili Teatrı, şəhid

Əsas mövzular