Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Azərbaycanı "Eurovision" mahnı müsabiqəsində təmsil edəcək mahnının adı bilindi - VİDEO

© Photo : Instagram / efendi_musicСамира Эфенди, фото из архива
Самира Эфенди, фото из архива - Sputnik Azərbaycan, 1920, 12.03.2021
Abunə olmaq
Müğənninin ifası və klipinin premyerası martın 15-də olacaq. Hazırda isə ekran işinin tizeri müsabiqənin rəsmi "YouTube" səhifəsində yayımlanıb

BAKI, 12 mart — Sputnik. Azərbaycanı "Eurovision" mahnı müsabiqəsində təmsil edəcək mahnının adı bəlli olub.

Sputnik Azərbaycan xəbər verir ki, 2021-ci ildə mahnı müsabiqəsində təmsilçimiz Samirə Əfəndi "Game of desire" ("Arzulanan oyun") adlı mahnını səsləndirəcək.

Müğənninin ifası və klipinin premyerası martın 15-də olacaq. Hazırda isə ekran işinin tizeri müsabiqənin rəsmi "YouTube" səhifəsində yayımlanıb.

Qeyd edək ki, yarışma 18, 20 və 22 may tarixlərində Rotterdamda baş tutacaq.

Xatırladaq ki, Samirə ötən il baş tutmayan "Eurovision" üçün "Cleopatra" mahnısını hazırlamışdı.

Xəbər lenti
0