Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Azərbaycanlı rejissor Xocalı soyqırımı haqda animasiya filmi çəkib - VİDEO

© Sputnik / Murad OrujovXocalı soyqırımı qurbanlarının xatirəsini anım mərasimi, 26 fevral 2021-ci il
Xocalı soyqırımı qurbanlarının xatirəsini anım mərasimi, 26 fevral 2021-ci il - Sputnik Azərbaycan, 1920, 11.03.2021
Abunə olmaq
"Zəif texnologiya ilə, adi bir noutbukda çəkmişəm. Əgər yüksək keyfiyyətli kompüter olsa idi, daha yaxşı görüntü, daha yaxşı keyfiyyətə render almaq imkanım olardı. Əgər bəyənilərsə, 2-ci hissəsini davam edəcəm"

 

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 11 mart — Sputnik. Rejissor Ruslan Kərimov "İnilti" adlı ikihissəli qısa 3D animasiya film çəkib. Rejissorun Sputnik Azərbaycan-a verdiyi məlumata görə, film Xocalı soyqırımı haqqındadır: "Film Xocalı faciəsi zamanı ailəsi və bütün kənd əhalisi ermənilər tərəfindən vəhşicəsinə öldürülmüş bir uşaqdan bəhs edir. Bütün bu dəhşətləri o görür. Filmdəki hadisələr real faktlara əsaslanır. Bu, heç də mənim təxəyyülümün məhsulu olmasa da, hər kəsə məlumdur ki, Xocalıda baş verənlər filmdəki hadisələrdən daha dəhşətli olub".

Ruslanın dediyinə görə, film 2 aya, müxtəlif fasilələrlə çəkilib: "Zəif texnologiya ilə, adi bir noutbukda çəkmişəm. Əgər yüksək keyfiyyətli kompüter olsa idi, daha yaxşı görüntü, daha yaxşı keyfiyyətə render almaq imkanım olardı. Bu, ikihissəli olacaq. Bu, birinci hissəsidir. Əgər bəyənilərsə, 2-ci hissəsini davam edəcəm. Filmin heç bir büdcəsi yoxdur. Filmin çəkilişinə ayırdığım vaxt isə sadəcə işdən evə gəldikdən sonra bir neçə saatlıq məşğul olmağa imkanım olurdu. Mən də bu qısa vaxtlardan istifadə edərək təxəyyülümdəki hadisəni canlandırdım".

Xəbər lenti
0