05:49 20 Aprel 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0223
  • EUR2.0328
MƏDƏNİYYƏT
Qısa URL
12 0 0

Ssenarilər qiymətləndirilərkən peşəkarlıq səviyyəsi ilə yanaşı, ssenarinin xarici tamaşaçının diqqətini çəkməsi amili əsas rol oynayıb. Çünki müsabiqə təşkilatçıları üçün Qarabağ həqiqətlərinin dünyaya çatdırılması əsas məqsəddir.

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 11 mart — Sputnik. Azərbaycan Kinematoqrafçılar İttifaqının Qarabağ həqiqətlərinin kinoda ifadəsi və dünya tamaşaçısına çatdırmaq məqsədi ilə elan etdiyi "Qarabağ.İnsan.Qələbə" ssenari müsabiqəsinin qısa siyahısı elan edilib.

Azərbaycan Kinematoqrafçılar İttifaqı katibliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, müsabiqəyə 40 iş təqdim edilib, 37 ssenari müsabiqəyə, 15 ssenari növbəti mərhələyə buraxılıb. Katiblikdən qeyd edilib ki, ssenarilər qiymətləndirilərkən peşəkarlıq səviyyəsi ilə yanaşı, ssenarinin xarici tamaşaçının diqqətini çəkməsi amili əsas rol oynayıb. Çünki müsabiqə təşkilatçıları üçün Qarabağ həqiqətlərinin dünyaya çatdırılması əsas məqsəddir.

Müsabiqənin qalibləri 18 mart tarixində elan ediləcək. Qərar qəbul etmiş münsif üzvlərinin adları da həmin tarixdə açıqlanacaq.

"Qarabağ.İnsan.Qələbə" ssenari müsabiqəsinin qısa siyahısı (müəlliflərin soyadlarının əlifba sırası ilə)

Abdullayev Elvin – Kapitan Fərhadın Odisseyası

Dadaşov Nicat – Sahibin evi

Hüseynova Türkan – Axırıncı palata

Rəsulzadə Çingiz – Daima birlikdə

Səfərov Hacı – Kaş

Azərbaycan Kinematoqrafçılar İttifaqı ssenari müsabiqəsində iştirak edən bütün müəlliflərə təşəkkürünü bildirir və onlara yaradıcılıq uğurları arzulayır.

Əsas mövzular