Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Müğənnilər böhran içində - biri evini satır, digəri isə... - VİDEO

© Sputnik / Elvin AhmadКошелек, фото из архива
Кошелек, фото из архива - Sputnik Azərbaycan, 1920, 11.03.2021
Abunə olmaq
"Sənətçi də sizin içinizdən olan biridir. Hətta mən qarğış edən insanlar görmüşəm ki, deyiblər, Allah eləsin, pandemiya davam eləsin, siz acından ölün" - Vüqar Muradov

BAKI, 11 mart — Sputnik. Müğənni Kərim Abbasov ARB kanalında pandemiyanın ona təsirindən və borclarından danışıb. Sputnik Azərbaycan xəbər verir ki, müğənni bildirir ki, pandemiya bitən kimi ikinci sənət öyrənəcək:

"Pandemiya vaxtı bildim ki, ən lazımsız sənət elə incəsənətdir. Çünki hamının işi oldu bu bir ildə, bir incəsənət işçilərinin işi olmadı. Bəzən insanlar deyirlər ki, toylara filan qiymətə gedirdin. Amma fikirləşmirlər ki, o pul tək mənim deyil. Mənimlə bərabər, oraya iyirmi beş nəfər musiqiçi gedir. Müğənninin də borcları var, xərcləri var. Bizim xərcimiz daha çoxdur. Klip çəkdirməliyik, mahnı yazdırmalıyıq, geyimlərimiz və s. Ona görə fikirləşirəm ki, pandemiya bitsin mütləq ikinci bir sənət öyrənməliyəm".

ARB kanalında yayımlanan "Səhər-səhər" verilişində qonaq olan tanınmış müğənni Vüqar Muradov isə sosial şəbəkələrdə sənət adamlarına qarşı olan aqressiyadan danışıb:

"Bəzən sosial şəbəkələrdə sənət adamlarına qarşı aqressiya görürəm. Əziz dostlar, bu çox yanlış bir şeydir. Sənətçi də sizin içinizdən olan biridir. Hətta mən qarğış edən insanlar görmüşəm ki, deyiblər, Allah eləsin, pandemiya davam eləsin, siz acından ölün".

Tanınmış müğənni Aynur Dadaşovada da vəziyyət yaxşı deyil. Belə ki, müğənni karantin günlərində maddi sıxıntı yaşaması ilə əlaqədar evini satıb.

Xəbər lenti
0