Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Hilal Baydarovun filmi "NİKA" kino mükafatı nominantları sırasındadır

© pixabay / gagnonm1993Кинолента, фото из архива
Кинолента, фото из архива - Sputnik Azərbaycan, 1920, 10.03.2021
Abunə olmaq
Xatırladaq ki, nominantlar sırasında yer alan rejissor Hilal Baydarovun "Səpələnmiş ölümlər arasında" filmi İtaliyada keçirilən 77-ci Venesiya Film Festivalında nümayiş olunub.

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 10 mart — Sputnik. Rusiya Kino Akademiyasının təqdim etdiyi "Nika" kino mükafatının namizədləri açıqlandı. Azərbaycan Kinematoqrafçılar İttifaqından (AKİ) Sputnik Azərbaycan-a verilən məlumata görə, rejissor Hilal Bydarovun "Səpələnmiş ölümlər arasında" filmi "Nika" kino mükafatının nominantları sırasında yer alıb. "MDB və Baltikyanı ölkələrin ən yaxşı film" kateqoriyasında nominant elan edilən filmlər aşağıdakılardır:

"İki min Fərida mahnısı" filmi – rejissor Elkin Tuyçiyev (Özbəkistan)

"Canım, sən inamayacaqsan" filmi – rejissor Ernar Nurqaliyev (Qazaxıstan)

"Sarı pişik" filmi – rejissor Adilxan Yercanov (Qazaxıstan )

"Səpələnmiş ölümlər arasında" filmi – rejissor Hilal Baydarov (Azərbaycan )

"Şambala" filmi – rejissor Artık Syundukov (Qırğızıstan)

Xatırladaq ki, nominantlar sırasında yer alan rejissor Hilal Baydarovun "Səpələnmiş ölümlər arasında" filmi İtaliyada keçirilən 77-ci Venesiya Film Festivalında nümayiş olunub. Film müstəqil Azərbaycan kino tarixində ilk dəfə A kateqoriyalı festivalın əsas müsabiqəsində yer alıb.

Məlumat üçün bildirək ki, Azərbaycan Kinematoqrafçılar İttifaqı MDB və Baltikyanı ölkələrin Kinematoqrafçılar İttifaqları Konfederasiyasının üzvüdür. "Kinematoqrafçılar İttifaqları Konfederasiyası" Beynəlxalq ictimai birliklər İttifaqı (KİK) 1991-ci ildə yaradılıb və SSRİ Kinematoqrafçılar İttifaqının hüquqi varisidir. KİK-nın yaradılmasında əsas məqsəd müstəqil MDB ölkələri, Latviya, Litva və Estoniyanın kinematoqrafçı ittifaqlarının əməkdaşlığı və qarşılıqlı yardımları, postsovet məkanında ümumi mədəni sahənin dəstəklənməsidir. Onu da qeyd edək ki, MDB və Baltikyanı ölkələr Kinematoqrafçılar İttifaqı Konfederasiyasının sədri dramaturq, rejissor, yazıçı, RF-nın kinematoqrafçılar İttifaqının katibi, Mosvada yəhudi kinofestivalının təmsilçisi, "Feliks" kinoakademiyasının və Amerika kinoakademiyasının, "Nika" Rusiya Kinematoqrafiya Elmləri Akademiyasının üzvü Rüstəm İbrahimbəyovdur. MDB və Baltikyanı ölkələrin Kinematoqrafçılar İttifaqları Konfederasiyası sədrinin müavini isə sənətşünas, jurnalist, redaktor Konstantin Şerbakov.

Xəbər lenti
0