Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Evdə oturub "Əli və Nino"ya baxmaq üçün pul ödəməli olacaqsız

© AZƏRTACABŞ Dövlət Departamentində "Əli və Nino" filminin nümayişi
ABŞ Dövlət Departamentində Əli və Nino filminin nümayişi - Sputnik Azərbaycan, 1920, 10.03.2021
Abunə olmaq
Baxış üçün virtual biletlər satışa çıxarılıb. Afişada bildirilib ki, səhnə əsəri ziddiyyətlər daxilində və mürəkkəb siyasi vəziyyət fonunda Qafqazda sevgi hekayəsindən bəhs edir.

BAKI, 10 mart — Sputnik. Gürcüstanın İvane Maçabeli adına Tsxinvali Akademik Dram Teatrı martın 12-də Qurban Səidin "Əli və Nino" tamaşasını onlayn formatda təqdim edəcək.

Sputnik Azərbaycan xəbər verir ki, baxış üçün virtual biletlər satışa çıxarılıb. Afişada bildirilib ki, səhnə əsəri ziddiyyətlər daxilində və mürəkkəb siyasi vəziyyət fonunda Qafqazda sevgi hekayəsindən bəhs edir. Tamaşada müxtəlif ölkələrin folklor və klassik musiqilərindən istifadə olunub. Biletlərin qiyməti 5 lari (2,55 manat) təşkil edir.

Qeyd edək ki, rejissoru Qoça Kapanadze olan səhnə əsərinin premyerası 2018-ci ilin mayın 1-də Tbilisidəki Şota Rustaveli Teatrında olub.

Xəbər lenti
0