Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

AMT Milli teatrımızın yaranma tarixinə aid videoçarx hazırlayıb -VİDEO

© Photo : Farida AslanovaAkademik Musiqili Teatrın səhnəsi
Akademik Musiqili Teatrın səhnəsi - Sputnik Azərbaycan, 1920, 10.03.2021
Abunə olmaq
Videoçarxda bir əsr yarımlıq tarixi olan Azərbaycan teatrının tanınmış simaları ardıcıllıqla əks olunub.

BAKI, 10 mart — Sputnik. 10 Mart – Azərbaycan Milli Teatrının yaranmasının 148-ci ildönümü münasibətilə Azərbaycan Dövlət Akademik Musiqili Teatrı bütün teatrsevərləri sehirli səhnədən deyil, sosial şəbəkələr vasitəsilə təbrik etdi.

Sputnik Azərbaycan xəbər verir ki, teatrın təqdim etdiyi videoçarxda bir əsr yarımlıq tarixi olan Azərbaycan teatrının tanınmış simaları ardıcıllıqla əks olunub. Bəstəkar-müğənni, Əməkdar artist Elza Seyidcahanın "Mən aktyoram" ( söz: Vahid Əziz) mahnısının sədaları altında şərəfli və çox çətin aktyor ömrü kadrlarda sətir-sətir oxunur, səhifə-səhifə vərəqlənir, bir daha zamanın yaddaşına yenidən həkk olunur.

Kompozisiyanı Akademik Musiqili Teatrın rejissoru Samir Qulamov və teatrın operator və montajçısı Hikmət Şahverdizadə hazırlayıblar.

Layihənin ideya müəllifi, Akademik Musiqili Teatrın direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev teatrsevərlərin bu dəfə fərqli məkanda və fərqli formada qarşılanmasının səbəblərini belə açıqlayıb: "Artıq bir ildir dünyanı bürüyən gözlənilməz bəla teatrlara da təsirsiz ötüşmədi. Azərbaycan Teatrı çox çətin dönəm yaşayır. Biz sevimli səhnəmizdən ayrı düşmuşük. Bütün bunlara baxmayaraq, ümidlə hər şeyin öz əvvəlki axarına düşəcəyi günləri gözləyirik. Bir ildir onlayn fəaliyyət göstəririk, həftəsonları rəsmi sosial şəbəkə hesablarımızda tamaşalarımız nümayiş olunur. Etiraf edək ki, tamaşaçılarımızdan ötrü çox darıxmışıq. Müasir texnologiyanın tələblərinə nə qədər cavab verməyə çalışsaq da, canlı ünsiyyətin, canlı sənətimizin yerini heç nə vermir. Vətən Müharibəsində qazandığımız uğurlardan ilhamlanaraq qısametrajlı filmlər də çəkdik və hələ də layihələrimizi davam etdiririk".

Xəbər lenti
0