07:32 16 Aprel 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0223
  • EUR2.0357
MƏDƏNİYYƏT
Qısa URL
46 0 0

Türkiyənini Səhiyyə naziri Rasim Öztəkinin vəfat etdiyini açıqlayıb: " O, televiziyanın olduğu hər bir evdə ailədən biri idi".

BAKI, 8 mart - Sputnik. Türkiyənin məşhur aktyoru, Azərbaycanda da öz rolları ilə çox sevilən Rasim Öztəkin infarkdan müalicə aldığı xəstəxanada dünyasını dəyişib. 

Sputnik Türkiyə xəbər verir ki, Öztəkin, infakt keçirdikdən sonra Doktor Siyami Ersek Sinə, Ürək və Damar Cərrahiyyəsi Təhsil və Araşdırma Xəstəxanasına aparılıb.

Öztəkinin vəziyyəti ilə bağlı bir qədər əvvəl mətbuata açıqlama verən həkimi, professor Cevdet Uğur "xəstənin həyati təhlükəsi var və vəziyyəti ağır olaraq qalır" demişdi. 

Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca isə Öztəkinin vəfat etdiyini bildirib. O, sosial media hesabında "edilən bütün müdaxilələrə baxmayaraq, Rasim Öztəkin həyatdan köçüb", - yazıb. 

"Serial, teatr və kino aktyoru Rasim Öztəkin, keçirdiyi infarktdan sonra Doktor Siyami Ersek Sinə, Ürək və Damar Cərrahiyyəsi Təhsil və Araşdırma Xəstəxanasında edilən bütün müdaxilələrə baxmayaraq, dünyasını dəyişib. O, televiziyanın olduğu hər bir evdə ailədən biri idi. Başımız sağ olsun",  - nazir yazıb. 

Qeyd edək ki, Rasim Öztəkin Azərbaycan izləyicisinə "Səksənlər", "Geniş ailə" teleseriallarından, "Kabadayı", "Mandıra filosofu" və digər filmlərindən tanış idi. 

O, 14 yanvar 1959-cu ildə İstanbulda anadan olmuşdu. 

Əsas mövzular