19:43 19 Aprel 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0223
  • EUR2.0328
MƏDƏNİYYƏT
Qısa URL
19 0 0

Sənədə əsasən universitetin mütəxəssisləri QSC-nin Teleradio Akademiyasının tələbələrinə, jurnalistlərə, həmçinin Azərbaycanda media sahəsində fəaliyyət göstərən texniki işçilərə onlayn treninqlər keçəcək.

BAKI, 2 mart — Sputnik. "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyəti ilə Türkiyənin Sivas Cümhuriyyət Universiteti arasında Əməkdaşlıq Protokolu imzalanıb.

Sputnik Azərbaycan xəbər verir ki, sənədə əsasən universitetin mütəxəssisləri QSC-nin Teleradio Akademiyasının tələbələrinə, jurnalistlərə, həmçinin Azərbaycanda media sahəsində fəaliyyət göstərən texniki işçilərə onlayn treninqlər keçəcək. Martın 8-dən 19-dək keçiriləcək treninqləri Sivas Cümhuriyyət Universitetinin Jurnalistika fakültəsinin koordinatorluğu ilə universitetin Daimi Tədris Mərkəzi reallaşdıracaq.

Tədris proqramını uğurla bitirən iştirakçılara sertifikatlar təqdim olunacaq.

Qeyd edək ki, Sivas Cümhuriyyət Universitetinin mütəxəssisləri və AzTV-nin əməkdaşlarından ibarət yaradıcı qrup tərəfindən Qarabağ bölgəsində sənədli filmin çəkilişləri də nəzərdə tutulub.

Əsas mövzular