Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Ərdoğan ailəsinin sevimli aktyoru "Netflix"-dən gələn təkliflərini rədd edib

© AFP 2023 / OLIVIER DOULIERYЛоготип Netflix, фото из архива
Логотип Netflix, фото из архива - Sputnik Azərbaycan, 1920, 23.02.2021
Abunə olmaq
Özlem Balcı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və onun xanımı Əminə Erdoğanın hörmət bəslədiyi sənətçidir. Belə ki, Özlem Balcı 2016-cı ildə ekranlaşdırılan "Rəis" filmində Əminə Ərdoğan obrazını canlandırıb

BAKI, 23 fevral — Sputnik. TRT1-də yayımlanan "Seksenler" serialında "Yıldız" obrazını canlandıran tanınmış türk aktrisası Özlem Balcı "Netflix"-dən gələn film və serial təkliflərini rədd edib.

Sputnik Azərbaycan xarici mediaya istinadən xəbər verir ki, 36 yaşlı tanınmış aktrisa gələn təklifləri niyə rədd etdiyini açıqlayıb.

Aktrisa hər bir sənətçinin özünəməxsus qanun və qaydalarının olduğunu və olmasının vacibliyini açıqlayıb: "Son bir ay içində üç ayrı şirkətdən serial təklifi almışdım. Gələn təkliflərdən biri "Netflix"-də olacaq film təklifi idi. Amma hər üç ssenari ilə tanış olduqdan sonra rədd cavabı verdim. Səbəbi mənim üçün zidd olan obrazların ifası idi. Belə ki, mənim rejissorlar qarşısında öz qanunlarım var. Film və ya serialda öpüşmə, sevişmə səhnələri olsa, mən qəbul etmirəm. Kamera qarşısında öpüşmərəm və sevişmərəm. Bu, mənim dəyişməz qərarımdır".

Qeyd edək ki, Özlem Balcı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və onun xanımı Əminə Erdoğanın hörmət bəslədiyi sənətçidir. Belə ki, Özlem Balcı 2016-cı ildə ekranlaşdırılan "Rəis" filmində Əminə Ərdoğan obrazını canlandırıb.

Muğlanın Fəthiyə qəsəbəsində doğulan aktrisa, o illərdə AK Partiyasından bələdiyyə sədrliyinə namizədliyini də irəli sürmüşdü.

Xəbər lenti
0