Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Vəhşi təbiət və sivilizasiyanı ən gözəl anladan pul və səyahət qazanacaq

© Sputnik / Murad OrujovФламинго в Апшеронском национальном парке
Фламинго в Апшеронском национальном парке - Sputnik Azərbaycan, 1920, 23.02.2021
Abunə olmaq
Qalib gələn iştirakçı 2 min funt-sterlinq dəyərində pul mükafatı və İsveçin Fyelnes (Fjällnäs) şəhərindəki simpoziuma əsərin gətirilib quraşdırılması, eləcə də müəllifin səyahət xərcləri üçün 1000 funt-sterlinq maliyyə dəstəyi əldə edəcək.

 

BAKI, 23 fevral — Sputnik. Alp Təqaüdü Mükafatları "Vəhşi təbiət və sivilizasiya" mövzusunda təsviri sənət üzrə müsabiqə elan edib.

Sputnik Azərbaycan xəbər verir ki, müsabiqəyə rəsm, heykəltaraşlıq, video və installyasiya daxil olmaqla bütün növ təsviri sənət işləri qəbul edilir.

Müsabiqənin şərtlərinə görə, təqdim edilən əsər daha əvvəl hər hansı müsabiqədə qalib və ya iştirakçı qismində iştirak etmiş olmamalıdır. Müraciətlər anonim şəkildə dəyərləndiriləcək. Təqdim edilən əsərdə ad qeyd edilməməlidir.

Qalib gələn iştirakçı 2 min funt-sterlinq dəyərində pul mükafatı və İsveçin Fyelnes şəhərindəki (Fjällnäs) simpoziuma əsərin gətirilib quraşdırılması, eləcə də müəllifin səyahət xərcləri üçün 1000 funt-sterlinq maliyyə dəstəyi əldə edəcək. Bütün yemək və yaşayış xərcləri Alp Təqaüdü tərəfindən qarşılanacaq.

Müraciət etmək üçün rəsmi https://alpinefellowship.com/visual-art-prize ünvanına daxil olub əsərləri aprelin 1-dək göndərmək olar.

Xəbər lenti
0