CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yalçın Rzazadənin arzusu - Xalq artistinin oğlu atasının son sözlərini açıqladı

© AXSAMYalçın Rzazadə
Yalçın Rzazadə - Sputnik Azərbaycan, 1920, 23.02.2021
Abunə olmaq
"Son bir ilə yaxın Türkiyədə müalicə olundu. Bu müalicə ölkə Prezidentinin, Heydər Əliyev Fondunun, Mehriban xanım Əliyevanın dəstəyi ilə baş tutdu. Atamın son illərini bizə onlar bəxş etdilər. Ailəmiz adından onlara təşəkkürümüzü bildiririk" - Mətin Rzazadə.

BAKI, 23 fevral — Sputnik. Xalq artisti Yalçın Rzazadənin oğlu Mətin Rzazadə atasının vəfatından əvvəl dediyi son sözləri açıqlayıb. 

Sputnik Azərbaycan APA-ya istinadla xəbər verir ki, müğənninin son sözləri övladları barədə olub.  

“Atamın son sözləri bu oldu: "Üç oğlunu da öz yanında görmək nə böyük xoşbəxtlikdir"", - deyə M.Rzazadə bildirib.  

Mətin Rzazadənin sözlərinə görə, atasının mədəsində problem vardı.

"Son bir ilə yaxın Türkiyədə müalicə olundu. Bu müalicə ölkə Prezidentinin, Heydər Əliyev Fondunun, Mehriban xanım Əliyevanın dəstəyi ilə baş tutdu. Atamın son illərini bizə onlar bəxş etdilər. Ailəmiz adından onlara təşəkkürümüzü bildiririk", - deyə müğənninin oğlu bildirib.

Xalq artisti Yalçın Rzazadə ötən gün axşam saatlarında uzun sürən xəstəlikdən sonra vəfat edib.

O, 31 dekabr 1946-cı ildə Lənkəran rayonunda ziyalı ailəsində doğulub. 1963-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutuna daxil olub və 1967-ci ildə həmin institutun aktyorluq fakültəsini, 1973-cü ildə isə Üzeyir Hacibəyov adına Azərbaycan Dövlət Konservatoriyasını bitirib. 1979-cu ildə əməkdar artist, 2000-ci ildə xalq artisti adına layiq görülüb. Bununla yanaşı, karate ilə məşğul olub. Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin vokal və pop musiqi kafedrasının müdiri olub.

Xəbər lenti
0