23:07 07 Mart 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0228
  • EUR2.0327
MƏDƏNİYYƏT
Qısa URL
18101

Sənətçinin oğlu Orxan Rzazadənin verdiyi məlumata görə, müğənni uzun sürən xəstəlikdən sonra bu gün  axşam saatlarında vəfat edib

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 22 fevral - Sputnik. Azərbaycan incəsənətinə ağır itki üz verib. Xalq artisti Yalçın Rzazadə dünyasını dəyişib.

Sənətçinin oğlu Orxan Rzazadənin Sputnik Azərbaycan-a verdiyi məlumata görə, müğənni uzun sürən xəstəlikdən sonra bu gün  axşam saatlarında vəfat edib.

Yalçın Rzazadə 31 dekabr 1946-cı ildə Lənkəran rayonunda ziyalı ailəsində doğulub. 1963-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutuna daxil olub və 1967-ci ildə həmin institutun aktyorluq fakültəsini, 1973-cü ildə isə Üzeyir Hacibəyov adına Azərbaycan Dövlət Konservatoriyasını bitirib. 1979-cu ildə əməkdar artist, 2000-ci ildə xalq artisti adına layiq görülüb. Bununla yanaşı, karate ilə məşğul olub. Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin vokal və pop musiqi kafedrasının müdiri olub. 

Allah rəhmət eləsin!

Əsas mövzular