Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Azərbaycanlı fotoqrafın "Yuyunan Bakı"sı beynəlxalq müsabiqədə yer tutub - FOTO

© Photo : Courtesy of Sadig AliverdibeyliYuyunan Bakı
Yuyunan Bakı - Sputnik Azərbaycan, 1920, 22.02.2021
Abunə olmaq
Fotonu göndərib nəticəsi ilə maraqlanmayan Əliverdibəyli "35 awards" müsabiqəsində yer tutacağına əmin deyilmiş

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 22 fevral — Sputnik. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində operator sənəti üzrə təhsil alan birinci kurs tələbəsi və Azərbaycan Fotoqrafları Birliyinin üzvü Sadıq Əliverdibəyli "35 awards" tərəfindən təşkil edilən beynəlxalq fotomüsabiqədə iştirak edib.

© Photo : Courtesy of Sadig AliverdibeyliSadıq Əliverdibəylinin sertifikatı
Azərbaycanlı fotoqrafın Yuyunan Bakısı beynəlxalq müsabiqədə yer tutub - FOTO - Sputnik Azərbaycan, 1920, 22.02.2021
Sadıq Əliverdibəylinin sertifikatı

Sadıq Əliverdibəyli Sputnik Azərbaycan-a verdiyi məlumata görə, bu onun iştirak etdiyi ilk beynəlxalq müsabiqədir: "Müsabiqə 2020-nin mart ayından iyul ayına kimi davam edib. Müsabiqə barədə təsadüfən xəbər tutdum. Qərara gəldim ki, mən də fotomu göndərim həmin müsabiqəyə. Sözün açığı, inanmırdım yer tutacağıma. Fotonu göndərdim, amma maraqlanmadım nəticəsi ilə. Fotomüsabiqədə "Quatantine (COVID-19)" nominasiyası üzrə 120 ölkədən qatılan 3 min 289 iştirakçı arasından fotoqraf olaraq TOP 15-də yer aldım. Müəllifi olduğum "Yuyunan Bakı" (Washing Baku) adlı fotom isə müsabiqəyə təqdim edilən 7 min 828 foto içərisindən TOP 19-da yer alıb.

Xəbər lenti
0