11:49 16 Aprel 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0222
  • EUR2.0331
MƏDƏNİYYƏT
Qısa URL
16 0 0

Müharibədən sonra Ziba Qəniyeva "Qırmızı Döyüş Bayrağ"ı, "Qızıl Ulduz" ordenləri, "Moskvanın müdafiəsi uğrunda" medalı ilə təltif edilib və veteran kimi Azərbaycana qayıdıb

BAKI, 22 fevral — Sputnik. Özbəkistanda atası azərbaycanlı, anası özbək qızı olan, İkinci Dünya müharibəsində snayperçi kimi ad çıxaran Ziba Qəniyeva haqqında bədii film çəkiləcək.

Sputnik Azərbaycan xəbər verir ki, "Özbəkkino" Milli Agentliyində filmin çəkilişlərinə hazırlıq işləri başlayıb, ekran əsəri Daşkənd vilayətində və Belarusda lentə alınacaq.

Ziba Qəniyeva 1923-cü ildə Şamaxıda doğulub. Onun ailəsi ötən əsrin 30-cu illərində repressiyaya məruz qalıb. Bu bacarıqlı qızın istedadını görüb onu Özbəkistan Dövlət Filarmoniyasının xoreoqrafiya bölməsinə işə qəbul ediblər.

Ziba Qəniyevanın aktyorluq bacarığını görən Filarmoniya rəhbərliyi onu A.V.Lunaçarski adına Moskva Dövlət Teatr Sənəti İnstitutuna göndərməyi təklif edir. Beləliklə o,1940-cı ildə İnstituta qəbul olunur. Ancaq faşist Almaniyasının SSRİ-yə hücumu və 1941-ci ilin payızında düşmənin Moskvaya yaxınlaşması planları dəyişir və 17 yaşlı Ziba Qəniyeva rəfiqələri ilə birgə könüllü olaraq 3-cü Moskva Kommunist diviziyasına yazılır, müharibədə snayper kimi ad qazanır.

Müharibədən sonra Ziba Qəniyeva "Qırmızı Döyüş Bayrağ"ı, "Qızıl Ulduz" ordenləri, "Moskvanın müdafiəsi uğrunda" medalı ilə təltif edilib və veteran kimi Azərbaycana qayıdıb, Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə qəbul edilib. Universiteti əla qiymətlərlə bitirib və aspiranturaya qəbul olunub.

Ziba Qəniyeva bir müddət Bakı Ali Partiya Məktəbində müəllim, Dil və Ədəbiyyat kafedrasının müdiri işləyib. Sonra isə Moskvada SSRİ Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda çalışıb. 1970-ci illərdə Ziba Qəniyeva SSRİ-də istedadlı filoloq-alim kimi tanınıb, məqalələri SSRİ-nin aparıcı qəzet və jurnallarında çap edilib.

Ziba Qəniyeva 2010-cu ildə Moskvada vəfat edib.

Teqlər:
qadın, qəhrəman, azərbaycanlı, Özbəkistan, film

Əsas mövzular