13:18 07 Mart 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0228
  • EUR2.0327
MƏDƏNİYYƏT
Qısa URL
38 0 0

Xanımı Alyona Qavrilovadan ötən il boşanan Emin sentyabrın ortalarında yeni "Fatimə" mahnısı ilə pərəstişkarlarını çaş-baş salmışdı. 

BAKI, 21 fevral - Sputnik, Kəmalə Əliyeva. Uzun müddət susqunluqdan sonra Azərbaycanın Xalq artisti Emin Ağalarov martın 5-də həmkarları ilə birlikdə "Sevgi etirafı" adlı konsertdə iştirak edəcək. Müğənni özünün Instagram-dakı səhifəsinin hekayə bölməsində bildirib ki, 8 Mart bayramına həsr olunan konsert Moskvada keçiriləcək. 

Ağalarovdan savayı, konsertdə Polina Qaqarina, Dmitri Malikov, Pelageya, Yelena Vaenqa, Lev Leşşenko, Aleksandr Marşal, Diana Arbenina və digər ifaçılar çıxış edəcəklər. Konsertdə həm populyar, həm də yeni mahnılar səslənəcək.

Skrin

Ağalarov da təzə mahnılarından birini konsertdə təqdim etmək niyyətindədir. 

Qeyd edək ki, xanımı Alyona Qavrilovadan ötən il boşanan Emin sentyabrın ortalarında yeni "Fatimə" mahnısı ilə pərəstişkarlarını çaş-baş salmışdı.

Ağalarov "World Music Awards", "Azərbaycandan Ən Yaxşı İfaçı", "Qızıl Qrammofon", "MUZ-TV Mükafatı" və s. kimi beynəlxalq mükafatların laureatıdır. O, dünyanın müxtəlif ölkələrində konsertlərlə çıxış edir. Müğənninin musiqi xəzinəsində doqquz ingilis dilli albom, "Warner Music" və "Sony ATV Music Publishing" aparıcı musiqi şirkətləri ilə müqavilələr var.

Teqlər:
Moskva, konsert, etiraf, sevgi, mahnı, xalq artisti Emin Ağalarov

Əsas mövzular