Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiyanın populyar almanaxı Azərbaycan ədəbiyyatına yer ayırıb

© AFP 2023 / MARTIN BUREAUKitab mağazası, arxiv şəkli
Kitab mağazası, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 17.02.2021
Abunə olmaq
Daim yenilənən ədəbiyyat almanaxı mütəmadi olaraq öz səhifələrində İohann Höte, Vladimir Nabokov, Boris Pasternak, Osip Mandelştam kimi dünya şöhrətli yazıçı və şairlərin yaradıcılığını işıqlandırır

 

BAKI, 17 fevral — Sputnik. Rusiyanın populyar "45-я параллель" ("45-ci paralel") elektron ədəbiyyat almanaxı "Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə" layihəsi çərçivəsində Azərbaycan ədəbiyyatının görkəmli şairlərinə yer ayırıb. Sputnik Azərbaycan xəbər verir ki, sözügedən almanax Xalq şairi Bəxtiyar Vahabzadənin və Süleyman Rüstəmin şeirlərinə, yaradıcılıqları haqqında məlumata səhifə ayırıb.

Qeyd edək ki, daim yenilənən ədəbiyyat almanaxı mütəmadi olaraq öz səhifələrində İohann Höte, Vladimir Nabokov, Boris Pasternak, Osip Mandelştam kimi dünya şöhrətli yazıçı və şairlərin yaradıcılığını işıqlandırır.

Xəbər lenti
0