CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Xalq artisti peyvənd olundu

© Sputnik / Rahim MuradovВакцинация от коронавируса в Азербайджане
Вакцинация от коронавируса в Азербайджане  - Sputnik Azərbaycan, 1920, 16.02.2021
Abunə olmaq
"Hamı normal həyata qayıtmaq istəyir. Uşaq bağçaları, məktəblər, ali təhsil ocaqları açıldıqca ümid yaranır ki, tez bir zamanda digər məhdudiyyətlər də aradan qaldırılacaq"

BAKI, 16 fevral — Sputnik. Xalq artisti Faiq Ağayev peyvənd olunduğunu açıqlayıb.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə o, "Facebook" sosial şəbəkəsində paylaşım edib. Sənətçi yanvarın 21-də 1-ci dozanın tətbiq edildiyini, 2-ci doza üçün yenidən həkimlərə üz tutacağını qeyd edib:

"Hamı normal həyata qayıtmaq istəyir. Uşaq bağçaları, məktəblər, ali təhsil ocaqları açıldıqca ümid yaranır ki, tez bir zamanda digər məhdudiyyətlər də aradan qaldırılacaq.

Bu dəfə hər şey artıq özümüzdən asılıdır. Arzumuza çatmaq, səhhətimizi qorumaq üçün peyvənd olunmaq gərəkdir. Yaxın günlərdə "Sinovac"ın 2-ci dozasını etdirmək üçün yenə də həkimlərə üz tutacağam. Bununla həm özümü, həm də ətrafdakıları yoluxmadan qoruyacağam. Siz də özünüz, sevdikləriniz, xalqımızın ümumi sağlam gələcəyi naminə canınızın qeydinə qalın, lütfən. Peyvənd olunub, salamat yaşayın, əzizlərim!"

Qeyd edək ki, 49 yaşlı F.Ağayev hansı şərtlə vaksin olunması barədə məlumat verməyib.

Bir müddət əvvəl Xalq artisti Röya Ayxanın da peyvənd olunması, sənətçinin yaş tələbinə cavab verməməsi müzakirələrə səbəb olmuşdu.

Səhiyyə Nazirliyi məsələ ilə bağlı açıqlamasında bildirmişdi ki, sənətçi özəl klinikalardan birinin rəsmi işçisi olduğundan peyvəndləmədə iştirak edib.

Xəbər lenti
0