Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Türklər Özbəkistanda Cəlaləddin Xarəzmşahla bağlı serial çəkiblər- VİDEO

© pixabay / tookapic Пульты дистанционного управления телевизором, фото из архива
Пульты дистанционного управления телевизором, фото из архива - Sputnik Azərbaycan, 1920, 15.02.2021
Abunə olmaq
Ortaq əsəri ərsəyə gətirən "Diriliş Ərtoğrul" serialının yapımcısı Mehmet Bozdağ, baş direktoru Metin Günay, quruluşçu rejissoru Nurgissa Almurat, sənət rejissoru İran Azərbaycanlısı Rza Himməti, quruluşçu operatoru isə Efe Kubilaydır

BAKI, 15 fevral — Sputnik. Özbəkistanın Milliy TV kanalında Xarəzmşahlar dövlətinin sonuncu hökmdarı Cəlaləddin (Mənguberdi) Xarəzmşaha həsr edilən "Mendirman Cəlaləddin" (Mən Cəlaləddinəm) serialının ilk bölümü yayımlanıb.

Sputnik Azərbaycan xəbər verir ki, türk-özbək ortaq filmi olan tarixi serial 13 bölümdən ibarətdir.

Ortaq əsəri ərsəyə gətirən "Diriliş Ərtoğrul" serialının istehsalçısı Mehmet Bozdağ, baş direktoru Metin Günay, quruluşçu rejissoru Nurgissa Almurat, sənət rejissoru İran Azərbaycanlısı Rza Himməti, quruluşçu operatoru isə Efe Kubilaydır.

Ötən gün ilk bölümü yayımlanan serial özbək tamaşaçıları tərəfindən böyük diqqətlə qarşılanıb.

Serialın ilk nümayişindən sonra canlı yayımda türk və özbək aktyorlar bir araya gələrək, tamaşaçıların suallarını cavablayıblar.

Qeyd edək ki, həftənin bazar günləri Özbəkistanın Milliy TV kanalında yayımlanan 13 bölümlük serialda Türk aktyorlarından - Emre Kıvılcım, Gülenay Kalkan Ünlüoğlu, Cemal Hünal, Sezgin Erdemir, Ferhat Yılmaz, Kaan Yalçın və özbəkistanlı aktyorlar Yulduz Racova, Rano Şodiyeva, Rayhan Ulesanova, Tohir Saidov, Saide Rametova və başqa sənətçilər çəkiliblər.

Xatırladaq ki, "Mendirman Cəlaləddin" serialı Xarəzmşahlar dövlətinin sonuncu hökmdarı Əlaəddin Məhəmmədin oğlu, şahzadə Cəlaləddin (Mənguberdi) Xarəzmşahın həyatından bəhs edir.

Xəbər lenti
0