22:02 26 Fevral 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0229
  • EUR2.0661
MƏDƏNİYYƏT
Qısa URL
1473 0 0

Yazıçı Rahim Cəfərovun qəribə süjetli əsəri balaca bir oğlandan bəhs edir. Sosial-psixoloji fantastika janrında olan roman 18 yaşdan yuxarı insanlar üçün nəzərdə tutulub

BAKI, 5 fevral - Sputnik, Kəmalə Əliyeva. Azərbaycan əsilli Rusiya yazıçısı Rahim Cəfərovun 18 yaşdan yuxarı şəxslər üçün yazdığı "Sato" romanı "Oxucu simpatiyası" nominasiyasında "НОС" ədəbi mükafatını qazanıb. 

Sputnik Azərbaycan-a bu barədə məlumat verən müəllif deyib ki, kitaba xeyli insan səs verib. 

"НОС" (Новая словесность - Yeni ədəbiyyat) layihəsinin məqsədi müasir Rusiya ədəbiyyatında gənc istedadları dəstəkləməkdir. Qaliblər münsiflər heyəti, ekspert qrupu, tənqidçilər, publikanın iştirakı ilə açıq debatlarda, eləcə də internetdə səsvermə yolu ilə müəyyən olunurlar. Cəfərovun kitabı internetdə ən çox səs toplaya bilib. 

Sosial-psixoloji fantastika janrında olan roman 2020-ci ildə Moskvada dərc olunub. "Sato" psixoloq müayinəsinə aparılan uşaqdan bəhs edir - böyüklərin fikrincə, uşağın bədənini əsir kontr-admiral ələ keçirib. Psixoloq isə bunun gerçəklik, şizofreniya, yaxud şəxsiyyətin ikiləşməsi olduğunu ayırd etməlidir. 

Rahim Cəfərov uzun illərdir ki, Rusiyada yaşayır və dərc olunur. "Sato"dan başqa, onun "Mark və Əzra" romanı da məşhurdur. 

 

Qeyd edək ki, bu yaxınlarda Rusiyada daha bir azərbaycanlı yazıçının 18+ işarəli kitabı dərc olunacaq. "Ocimum Basilicum yuxuları" adlı kitabın müəllifi Şirin Şəfiyevadır. 

 

Teqlər:
mükafat, internet, 18+, yazıçı, azərbaycanlı, Rusiya, kitab

Əsas mövzular