19:57 25 Fevral 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0231
  • EUR2.0697
MƏDƏNİYYƏT
Qısa URL
230910

"Filmin çəkilişləri Qubada başlayıb. Növbəti gün Xaçmaz, Şəki, Fransanın Rodez və Montavan bölgələrində davam edəcək. Film sırf arxiv və sənədlər üzərində qurulmuş bioqrafik filmdir".

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 5 fevral — Sputnik. Mədəniyyət Nazirliyinin "Salnaməfilm" kinostudiyasında yeni sənədli filmin istehsalına başlanıb. Filmin qəhrəmanı tanınmış partizan, Fransa Müqavimət hərəkatının iştirakçısı Armed Mişel ləqəbli Əhmədiyə Cəbrayılovdur.

Film haqqında Sputnik Azərbaycan-a danışan filmin ssenari müəllifi və rejissoru Tahir Tahiroviç bildirir ki, film Fransa arxivlərindən əldə edilən sənədlər əsasında ssenariləşdirilib: "Bildiyiniz kimi, ötən il İkinci Dünya müharibəsi dövründə antifaşist Müqavimət hərəkatının görkəmli nümayəndəsi, əfsanəvi partizan Əhmədiyyə Cəbrayılovun anadan olmasının 100 illiyinin qeyd edilməsi ilə bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Biz də "Salnaməfilm" studiyası olaraq öz töhfəmizi vermək istədik. Mədəniyyət Nazirliyinin sifarişi ilə çəkilən film tammetrajlıdır".

  • Əhmədiyə Cəbrayılov haqqında filmin çəkilişi
    © Photo : Courtesy of Tahir Tahirovich
  • Əhmədiyə Cəbrayılov haqqında filmin çəkilişi
    © Photo : Courtesy of Tahir Tahirovich
  • Əhmədiyə Cəbrayılov haqqında filmin çəkilişi
    © Photo : Courtesy of Tahir Tahirovich
1 / 3
© Photo : Courtesy of Tahir Tahirovich
Əhmədiyə Cəbrayılov haqqında filmin çəkilişi

Rejissorun dediyinə görə, film aprel ayına qədər yekunlaşacaq:

"Filmin çəkilişləri Qubada başlayıb. Növbəti gün Xaçmaz, Şəki, Fransanın Rodez və Montavan bölgələrində davam edəcək. Film sırf arxiv və sənədlər üzərində qurulmuş bioqrafik filmdir. Filmin məsləhətçisi Ramiz Abutalıbovdur. Çalışacağıq ki, film aprel ayına qədər bitsin. Əslində keçən il olmalı idi. Sadəcə, koronavirus pandemiyası ilə bağlı filmin istehsalı gecikdi".

"Filmdə bədii obrazlar var. Əhmədiyyə Cəbrayılovun obrazını Abdulla Şaiq adına Dövlət Kukla teatrının baş rəssamı, fəxri mədəniyyət işçisi İqbal Əliyev canlandırır. Filmin operatoru Rafiq Əliyev, məsləhətçi Ramiz Abutalıbov, prodüseri Nazim Hüseynovdur", - deyə rejissor əlavə edib.

Teqlər:
rejissor, Fransa, Azərbaycan, Əhmədiyyə Cəbrayılov, film

Əsas mövzular