CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Kamil Zeynallıya iki medal verildi

© Photo : Nusret Abdullayev Kamil Zeynallı
 Kamil Zeynallı  - Sputnik Azərbaycan, 1920, 04.02.2021
Abunə olmaq
Səlahiyyətli şəxslərə təşəkkür edən idmançı "Milli Ordu - 100" və "Vətən naminə" medallarıyla təltif olunduğunu bildirib

BAKI, 4 fevral - Sputnik. İdmançı və bloger Kamil Zeynallı iki medala layiq görülüb. 

Sputnik Azərbaycan bildirir ki, bu barədə o, Facebook hesabından məlumat yayıb. Ali Baş Komandan İlham Əliyevə, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-polkovnik Arzu Rəhimova və onun birinci müavini general-mayor Mayıl Şahverdiyevə təşəkkür edən idmançı "Milli Ordu - 100" və "Vətən naminə" medallarıyla təltif olunduğunu bildirib.

İdmançı qeyd edib ki, etdiyi yardımlara görə layiq görüldüyü medalları sabah ona təqdim edəcəklər. 

Xəbər lenti
0