13:27 05 Mart 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0228
  • EUR2.0327
MƏDƏNİYYƏT
Qısa URL
Azərbaycanda COVID-19 əleyhinə vaksinasiya (40)
26 0 0

Bəzi ölkələrdə, xüsusən də qardaş Türkiyədə bəzi məşhurlar canlı efirdə koronavirus əleyhinə vaksin vurdururlar. Bu, bir növ təbliğat xarakteri daşıyır. Azərbaycanda isə R.Ayxan ilk peyvənd olunan mədəniyyət üzvüdür.

BAKI, 4 fevral — Sputnik. Xalq artisti Röya Ayxan peyvənd olunub.

Sputnik Azərbaycan xəbər verir ki, müğənni bu barədə "Instagram" səhifəsində məlumat verib.

O, prosesdən video yayaraq könüllü peyvənd olunduğunu açıqlayıb: "Bu gün könüllü olaraq peyvənd vurdurdum. Düzü, belə gözləmirdim. Heç bir əlavə təsiri olmadı, özümü çox yaxşı hiss edirəm. Bir də 21 gün sonra ikinci doza vurulacaq. Bu virus bəlasından xilas olmaq üçün vaksin vurdurmağı məsləhət görürəm. Qorxmayın, hər şey yaxşı olacaq. Allah köməyimiz olsun".

Qeyd edək ki, bəzi ölkələrdə, xüsusən də qardaş Türkiyədə bəzi məşhurlar canlı efirdə koronavirus əleyhinə vaksin vurdururlar. Bu, bir növ təbliğat xarakteri daşıyır. Azərbaycanda isə R.Ayxan ilk peyvənd olunan mədəniyyət üzvüdür.

Mövzu:
Azərbaycanda COVID-19 əleyhinə vaksinasiya (40)
Teqlər:
vaksinasiya, peyvənd, xalq artisti, Röya Ayxan

Əsas mövzular