CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qarabağda yeni tarixi abidələr aşkarlanıb

© Sputnik / Aleksey Kudenko / Mediabanka keçidDağıdılmış Ağdam şəhərinə mənzərə
Dağıdılmış Ağdam şəhərinə mənzərə - Sputnik Azərbaycan
Abunə olmaq
Bu günə kimi 303 tarix və mədəniyyət abidəsi monitorinq edilib. Onların əksəriyyəti tamamilə dağıdılıb. Bu hələ bütün qeydə alınmış abidələr deyil və proses davam edir

BAKI, 28 yanvar — Sputnik. "İşğaldan azad edilən ərazilərdə monitorinqlər aparmaqla oradakı abidələrimizin durumu, mədəniyyət müəssisələrinin hazırkı vəziyyətini təftiş edirik".

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi vəzifəsini icra edən Azad Cəfərli deyib.

O bildirib ki, bu günə kimi 303 tarix və mədəniyyət abidəsi monitorinq edilib: "Onların əksəriyyəti tamamilə dağıdılıb. Bundan əlavə, tarixilik və memarlıq xüsusiyyəti olan 87 yeni abidə aşkarlamışıq. 461 sayda mədəniyyət müəssisəsi, muzey, mədəniyyət evləri, kitabxanalar təftiş olunub. Onlardan 212-si kitabxana, 199-u mədəniyyət evi olmaqla tamamilə dağıdılıb. Bu hələ bütün qeydə alınmış abidələr deyil və proses davam edir. Bu günə qədər 1000-ə yaxın abidənin qeydiyyatı aparılıb. Onların tam əksəriyyətinin tamamilə dağıdılması Ermənistanın vandallıq siyasətindən xəbər verir. Onlar bizim mədəni irsimizi ərazidən tamamilə silmək, abidələrin bizə məxsus olması ilə bağlı bütün faktları aradan götürmək istəyiblər".

Xəbər lenti
0