CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bizə Nizami gərək: "Hər kəs qonşusuna azərbaycanlı kimi baxsaydı, dünyada problem olmazdı"

© Sputnik / Murad OrujovПамятник Низами Гянджеви
Памятник Низами Гянджеви - Sputnik Azərbaycan
Abunə olmaq
"Bəzən xaricdən gələn nizamişünaslar Gəncəvi haqqında elə maraqlı məqamlara toxunurlar ki, heç biz bunu bilmirik. Gəncəvini "böyük Şeyx", "böyük alim" adlandırmaları bizi qürurlandırır"

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 28 yanvar — Sputnik. "Bir sloqanımız var: "Hər bir millətin Nizami Gəncəvisi olsaydı, bu dünya sülh və əmin-amanlıq yeri olardı. Yəni, hər kəs öz qonşusuna azərbaycanlılar kimi baxsaydı, dünyada problem olmazdı". Biz də istəyirik ki, dünyaya çatdıraq ki, biz Nizaminin varisləriyik, biz yalnız sülh istəyirik".

Ариф Гусейнов - Sputnik Azərbaycan
Azərbaycanlı rəssamdan kubalı həkimlərə qeyri-adi hədiyyə

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Himayəçilər Şurasının sədri Elnur Əliyev "Nizami Gəncəvi İli" çərçivəsində hansı addımların atılacağı ilə bağlı Sputnik Azərbaycan-la söhbətində vurğulayır ki, şəxsən tanıdığı xarici ölkələrdən olan insanların Nizaminin əsərlərini maraqla oxuması, onu oxuyaraq tanıması faktına çox sevinir.

"Hazırda "Nizami İli" çərçivəsində müxtəlif mövzuda seminarlar təşkil olunur. Onlayn formatda keçirilən həmin seminarlara xarici ölkələrdən ekspertlər, Nobel mükafatçıları, siyasi rəhbərlər cəlb olunurlar. Bundan başqa, Nizami irsinin təbliği və təşviqi ilə məşğuluq", - deyən Əliyev əlavə edir ki, ölkəmizdə 7-dən 77-yə qədər hər kəs Nizamini tanıyır, yaradıcılığı ilə tanışdır.

İlham Əliyevdən 2021-ci illə bağlı qərar>>

Müsahibimiz bildirib ki, mərkəzin məqsədi dahi şairi dünyaya Azərbaycan şairi kimi təqdim etməkdir: "Biz bu təbliğata ABŞ, Hindistan, Pakistan, Avstraliya, Böyük Britaniya və qonşu ölkələrdən nüfuzlu alimləri də cəlb edirik. Demək olar ki, dünyanın dörd bir yanından olan nizamişünaslar və şərqşünaslarla sıx əməkdaşlıq edirik. Mərkəz olaraq Azərbaycanda yerləşirik. Amma dünyada Nizami ətrafında aparılan təhlilləri, elmi-akademik təhlilləri bir araya toplayırıq".

"Biz Nizamini təbliğ etməklə eyni zamanda da öz mədəniyyətimizi təbliğ etmiş oluruq", - həmsöhbətimiz deyib.

Mərkəzin sözçüsü qeyd edib: "Məqsədimiz budur ki, insanlıq Nizami Gəncəvidən bəhrələnsin. Onun adının tanınması ilə bağlı bir sıra addımlar atılacaq. Adına küçələr salınmaqla, heykəllər qurmaqla, eyni zamanda, elm aləmində Nizaminin əsərlərinin təşviq edilməsi onu dünyaya bir daha tanıdacaq. Başqa bir layihəmiz də var. İstəyirik ki, Azərbaycan universitetlərində öz tələbələrimizə və xarici tələbələrimizə xaricdən dəvət olunmuş nizamişünasların mühazirələrini təşkil edək. Bəzən xaricdən gələn nizamişünaslar Gəncəvi haqqında elə maraqlı məqamlara toxunurlar ki, heç biz bunu bilmirik. Gəncəvini "böyük Şeyx", "böyük alim" adlandırmaları bizi qürurlandırır".

XIX əsrin əvvəllərinə qədər Yaxın Şərqdə hakimiyyətə gələn insanlar, varlı şəxslər özlərinə borc biliblər ki, şəxsi kitabxanalarında Nizaminin "Xəmsə"si olsun. Həmin dövrün hökmdarları, zəngin insanları miniatür "Xəmsə" hazırladıblar. 

Gəncədə inşa olunan Nizami Gəncəvi Muzeyi - Sputnik Azərbaycan
QARABAĞ
Ermənistan Gəncədə Nizami Gəncəvi Muzeyinə raket atıb
Bu "Xəmsə"lər dünyanın bir çox ölkələrinə yayılıb – muzeylərdə, kitabxanalarda və şəxsi kolleksiyalarda saxlanılır. 100-150 civarında miniatür "Xəmsə" var. Əliyevin sözlərinə görə, həmin "Xəmsə"lərdən ibarət kitab dərc ediləcək: "Müxtəlif ölkələrin muzeylərindən, şəxsi kolleksiyalarından toplanmış miniatürlərin nüsxəsini toplayıb, həmin kitabda dərc edəcəyik. Bu, beynəlxalq bir kitab, kolleksiya kitabı olacaq. Kitabda Nizami haqqında məlumatlar da olacaq. Böyük bir layihədir. İlin ortasına yaxın hazır olacaq. Öncə iki dildə - ingilis və Azərbaycan dillərində dərc olunacaq".

"Ola bilər ki, hər kəsin "Xəmsə"ni oxumağa vaxtı olmasın. Məqsədimiz odur ki, dahi şairin bədii və fəlsəfi irsini daha əlçatan edək. Ona görə də biz Nizaminin gənclərdə gördüyü dəyər haqqında platforma yaratmaq istəyirik. Başqa bir layihə də var. Biz Koreya ilə işləmək istəyirik. Orada Azərbaycan çox az tanınır. Nizami də az tanınır. Biz istəyirik, ilkin mərhələ olaraq orada Gəncəvi haqqında müzakirə aparaq. Artıq tərəfdaşlarımızı müəyyənləşdirmişik", - deyə mərkəzin sözçüsü fikrini tamamlayıb.

Xəbər lenti
0