23:48 25 Fevral 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0231
  • EUR2.0697
MƏDƏNİYYƏT
Qısa URL
57 0 0

Arif Həbibi dublyaj üzrə ali dərəcəli kinorejissor olub. Xarici ölkələrdə istehsal olunan bədii, sənədli və cizgi filmlərini ana dilinə dublyaj, tərcümə və adaptasiya edib

BAKI, 28 yanvar — Sputnik. Sputnik Azərbaycan xəbər verir ki, Azərbaycan kinosunda dublyaj rejissoru kimi tanınan, xarici filmləri ana dilimizə tərcümə edən və dublyaj sənətinin ustadlarından sayılan, Əməkdar Mədəniyyət işçisi Arif Həbibi vəfat edib.

Bu barədə məlumatı mərhum rejissorun qızı İlhamə Həbibi sosial mediadan yayıb.

Arif Həbibi 1943-cü il iyunun 1-də İran Astarasında anadan olub.

1967-ci ildə indiki Mədəniyyət və İncəsənət Universitetinin rejissorluq fakültəsini bitirib və həmin ildən "Azərbaycanfilm" kinostudiyasında işə başlayıb.

Arif Həbibi dublyaj üzrə ali dərəcəli kinorejissor olub. Xarici ölkələrdə istehsal olunan bədii, sənədli və cizgi filmlərini ana dilinə dublyaj, tərcümə və adaptasiya edib.

Uzun illər Mədəniyyət və İncəsənət Universitetində dublyaj sənətindən dərs deyib.

Teqlər:
vəfat, dublyaj, kino, rejissor

Əsas mövzular