CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Şəhid ailələri və müharibədən əziyyət çəkənlərə Londondan dəstək

© AFP 2023 / OZAN KOSEФлаг Азербайджана
Флаг Азербайджана - Sputnik Azərbaycan
Abunə olmaq
Onlayn xeyriyyə konsertində məqsəd Vətən müharibəsi şəhidlərinin ailələrinə və müharibə zamanı zərər çəkmiş mülki əhaliyə dəstək göstərməkdir

BAKI, 10 yanvar - Sputnik. Bu gün Bakı vaxtı ilə saat 21-də Londonda fəaliyyət göstərən Beynəlxalq Azərbaycan İcmasının və "Red Hearts" Fondu ilə əməkdaşlıq edən könüllülər qrupunun təşəbbüsü ilə "Qarabağın Səsi" ("Voice of Karabakh") adlı qlobal onlayn xeyriyyə konserti keçiriləcək.

Sputnik Azərbaycan-ın məlumatına görə, Britaniya Azərbaycanlıları İcmasının və Beynəlxalq Azərbaycan İcmasının sədri Fəridə Pənahova bildirib ki, məqsəd Vətən müharibəsi şəhidlərinin ailələrinə və müharibə zamanı zərər çəkmiş mülki əhaliyə dəstək göstərməkdir. Konsertdə ölkəmizin tanınmış müqənniləri Fidan Hacıyeva, Mirələm Mirələmov, Tünzalə Ağayeva, Miri Yusif, Murad Arif və digərləri iştirak edəcəklər.

"Qarabağın Səsi" xeyriyyə konserti Azərbaycan Beynəlxalq Cəmiyyətinin youtube kanalı  vasitəsilə nümayiş etdiriləcək.

Xəbər lenti
0