Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Azərbaycan Beynəlxalq Festivalda təmsil olunacaq

© AFP 2023 / FRED DUFOURВид на город Пекин, фото из архива
Вид на город Пекин, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Xalq artisti oktyabr ayında da UNESCO-nun təşkilatçılığı ilə Gürcüstanda təşkil edilən beynəlxalq festivala dəvət almışdı. Murad Hüseynovun "Pekində görüş" festivalında iştirakı Azərbaycanın bu ölkədəki səfirliyinin dəstəyi ilə keçirilir.

BAKI, 30 dekabr — Sputnik. Xalq artisti, pianoçu Murad Hüseynov XXI "Pekində görüş" Beynəlxalq Sənət Festivalında iştirak üçün dəvət alıb.

Sputnik Azərbaycan xəbər verir ki, bütün dünyanın maraqla izlədiyi festivalda ölkəmiz klassik musiqi ifaçılıq sənəti ilk dəfə təmsil olunacaq. Xalq artisti festivalda çıxışı zamanı Azərbaycan və Avropa bəstəkarlarının əsərlərini səsləndirəcək.

Qeyd edək ki, Xalq artisti oktyabr ayında da UNESCO-nun təşkilatçılığı ilə Gürcüstanda təşkil edilən beynəlxalq festivala dəvət almışdı. Murad Hüseynovun "Pekində görüş" festivalında iştirakı Azərbaycanın bu ölkədəki səfirliyinin dəstəyi ilə keçirilir.

XXI "Pekində görüş" Beynəlxalq Sənət Festivalı COVID-19 pandemiyası səbəbindən proqramına onlayn şoular əlavə edilərək, 2021-ci il 7 yanvar - 4 fevral arasında keçirilməsi planlaşdırılır.

"Qış Ehtirası, Onlayn Sənətlər, Klassiklər Yaddaşda" adlanan "Pekində görüş" 2021-də 24 ölkədən sənət qruplarının səhnələşdirdiyi 42 tamaşa nümayiş olunacaq. Festivalın rəsmi saytında bildirilir ki, bunların arasında 31 onlayn şou və 11 teatr tamaşası olacaq. Festival ayrıca Qış Olimpiya mövzulu bir sıra mədəni fəaliyyətləri, altı sənət sərgisini və sənət forumlarını da əhatə edəcək.

Bir ay davam edəcək tədbir zamanı hər cümə, musiqi, tamaşalar və rəqslərdən ibarət onlayn şoular pulsuz yayımlanacaq. Şouda nümayiş olunan sənət növləri arasında Ukrayna baleti, alman operası, italyan klassik musiqisi və Fransa, İsrail və Cənubi Koreyanın müasir rəqsləri yer alacaq.

"Pekində görüş" iyirmi ildir davam edir və 120-dən çox ölkə və bölgədən 30.000-dən çox sənətçini Çinin paytaxtında konsert verməyə dəvət edərək və 4,3 milyondan çox tamaşaçı auditoriyasının diqqətini cəlb edir.

Xəbər lenti
0