18:45 20 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0562
MƏDƏNİYYƏT
Qısa URL
10 0 0

Biznesmen həmin fotoşəkli 2008-ci ildə BKS-ə kosmik turist olaraq səfəri zamanı Kolumbus modulunun daxili örtüyünün altında gizlədib. Cərimədən qorxduğu üçün o, Duanenin yaxınlarından bunun gizli qalmasını istəyib.

BAKI, 30 dekabr — Sputnik. "Star Trek" filmində "Skotti" rolunu oynayan Ceyms Duhanın külü Beynəlxalq Kosmik Stansiyada 12 il gizli şəkildə saxlanılıb.

Sputnik Azərbaycan xəbər verir ki, 2008-ci ildən bəri sənətkarın külü Yer üzünü 70 min dəfədən çox dövr edib. Bütün bu müddətdə Duhanın qalıqlarının stansiyada saxlanıldığını cəmi bir neçə nəfər bilib.

Bildirilir ki, aktyorun qohumları sahibkar və "Ultima" oyununun tərtibatçısı Riçard Qerriota müraciət edərək, ondan aktyorun fotoşəkillərinə laminasiya edilmiş külünü BKS-ə çatdırmasını istəyib. Biznesmen həmin fotoşəkli 2008-ci ildə BKS-ə kosmik turist olaraq səfəri zamanı Kolumbus modulunun daxili örtüyünün altında gizlədib. Cərimədən qorxduğu üçün o, Duhanın yaxınlarından bunun gizli qalmasını istəyib.

Aktyorun oğlunun sözlərinə görə, ailə Qerriota minnətdardır, çünki Duhanın üç böyük həvəsi var idi: kosmos, elm və qatarlar. O, həmişə kosmosa çıxmağı xəyal edib.

Əsas mövzular