Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Azərbaycanlı rejissorun sənədli filmi beynəlxalq sertifikata layiq görülüb

© © Facebook / Celaleddin QasimovРежиссер Джалаладдин Гасымов во время съемок
Режиссер Джалаладдин Гасымов во время съемок - Sputnik Azərbaycan
Abunə olmaq
Cəlaləddin Qasımov bildirib ki, filmin çəkilməsində əsas məqsəd Hacı Zeynalabdin Tağıyevi geniş coğrafiyada tanıtmaq, həm də onun timsalında ölkəmiz haqqında insanlara geniş məlumatlar verməkdir.

BAKI, 29 dekabr — Sputnik. "100 illik şərəfli ömür – Hacı Zeynalabdin Tağıyev" adlı sənədli filmi ABŞ Nümayəndələr Palatasının konqresmeninin təşkilatçılığı ilə keçirilən "Broadway Beynəlxalq Film Festivalı 2020"də tanınma sertifikatına layiq görülüb.

Sputnik Azərbaycan xəbər verir ki, ABŞ Nümayəndələr Palatasının konqresmeni Cimmi Qomesin imzaladığı sertifikatda ekran əsərinin ssenari müəllifi, quruluşçu rejissoru və baş prodüseri Cəlaləddin Qasımovun əməyi yüksək qiymətləndirilib.

Cəlaləddin Qasımov bildirib ki, filmin çəkilməsində əsas məqsəd Hacı Zeynalabdin Tağıyevi geniş coğrafiyada tanıtmaq, həm də onun timsalında ölkəmiz haqqında insanlara geniş məlumatlar verməkdir. 2019-cu ildə istehsal olunan ekran əsəri 11 beynəlxalq film festivalında uğur qazanıb.

O, XX əsrin əvvəllərində baş verən tarixi, siyasi proseslərə, eləcə də böyük xeyriyyəçinin həyatının müxtəlif məqamlarına güzgü tutan kadrların Almaniya arxivlərindən əldə edilməsinə böyük zaman sərf etdiyini bildirib.

Xəbər lenti
0