Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Berlin Film Festivalında dəyişikliklər gözlənilir

© AP Photo / Michael SohnРуководители Берлинале Мариетт Риссенбек (слева) и Карло Шатриан (справа) на церемонии награждения Кинофестиваля Берлинале 2020
Руководители Берлинале Мариетт Риссенбек (слева) и Карло Шатриан (справа) на церемонии награждения Кинофестиваля Берлинале 2020 - Sputnik Azərbaycan
Abunə olmaq
2021-ci ildə keçiriləcək Berlin Film Festivalında aktyorluq mükafatlarında cinsiyyət prinsipi ləğv olunub. İndi ən yaxşı kişi və ya qadın roluna görə mükafat əvəzinə "ən yaxşı baş rola görə Gümüş Ayı" və "ən yaxşı köməkçi rola görə Gümüş ayı" veriləcək.

BAKI, 27 dekabr — Sputnik. Berlin Film Festivalında bir sıra dəyişikliklərə imza atılacaq.

Sputnik Azərbaycan xarici mediaya istinadən xəbər verir ki, dünyada tüğyan edən pandemiya ilə əlaqədar olaraq Berlin Film Festivalının təşkilatçıları onu virtual formatda keçirmək qərarına gəliblər.

Bundan başqa ənənəvi olaraq fevral ayında keçirilən film festivalının mart ayının əvvəlinə təxirə salınacağı bildirilir.

O da əlavə edilib ki, 2021-ci ildə keçiriləcək Berlin Film Festivalında aktyorluq mükafatlarında cinsiyyət prinsipi ləğv olunub. İndi ən yaxşı kişi və ya qadın roluna görə mükafat əvəzinə "ən yaxşı baş rola görə Gümüş Ayı" və "ən yaxşı köməkçi rola görə Gümüş ayı" veriləcək.

Xəbər lenti
0