17:12 19 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0562
MƏDƏNİYYƏT
Qısa URL
15801

Yetmiş bir yaşı oktyabrda tamam olan aktrisa Almaz Mustafayevanın uzun müddət xəstəlikdən əziyyət çəkdiyi bildirilir.

BAKI, 26 dekabr - Sputnik. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktrisası, Əməkdar artist Almaz Mustafayeva vəfat edib.

Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, bu barədə teatın mətbuat xidmətinin rəhbəri Pərvin Nurullayeva məlumat verib. O, aktirsanın uzun müddət xəstəlikdən əziyyət çəkdiyini bildirib.

 

Almaz Mustafayeva 1 oktyabr 1949-cu ildə Ağdam şəhərində doğulub. "Azərbaycanfilm" kinostudiyasının nəzdində 3 illik kinoaktyorluq kursunu bitirib. 1968-ci ildə kinostudiyada rejissor köməkçisi işləyib. 1970-ci il iyunun 1-dən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktrisası olub.

“Sehirli xalat”, “Yeddi oğul istərəm”, “Aktirsanın təbəssümü”, “Şir evdən getdi”, “Cavanşir” və başqa filmlərdə çəkilib.

Allah rəhmət eləsin!

Teqlər:
Almaz Mustafayeva, Gənc Tamaşaçılar Teatrı, aktrisa, vəfat, əməkdar artist

Əsas mövzular