CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sənət adamlarının Şuşaya yolu açıldı

© © Photo: State Security Service of the Republic of AzerbaijanDTX-nın Şuşada idarəsinin yeni binasının təntənəli açılışı olub
DTX-nın Şuşada idarəsinin yeni binasının təntənəli açılışı olub - Sputnik Azərbaycan
Abunə olmaq
Bir neçə gün öncə Şuşaya gedən məşhurlar Xalq artisi Tünzalə Ağayeva, Əməkdar artistlər Abbas Bağırov, Təyyar Bayramov, Almaz Orucova və müğənni Azad Şabanov da konsert proqramı ilə çıxış etmişdilər

 

BAKI, 26 dekabr — Sputnik. Ötən gecə Xalq artistləri, müğənni Aygün Kazımova, Zülfiyyə Xanbabayeva, Sevda Ələkbərzadə, aktrisa Mehirban Zəki 28 ildən sonra ilk dəfə işğaldan azad olunmuş Şuşa şəhərinə konsert proqramı üçün yola düşüblər. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "Facebook"da məlumat verilib.

Qeyd edək ki, bir neçə gün öncə Şuşaya gedən məşhurlar Xalq artisi Tünzalə Ağayeva, Əməkdar artistlər Abbas Bağırov, Təyyar Bayramov, Almaz Orucova və müğənni Azad Şabanov da konsert proqramı ilə çıxış etmişdilər.

Xəbər lenti
0