22:53 16 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0232
  • EUR2.0652
MƏDƏNİYYƏT
Qısa URL
6210

Xalq artisti müasirliyini, zövqünü, artistizmini kamera qarşısında danışdırıb, Rauf isə ekstravaqantlığı ilə Röyanın ən yaxşı tərəf-müqabili kimi yadda qalıb.

BAKI, 26 dekabr — Sputnik. Xalq artisti Röya Ayxan müğənni Raufla duet layihəsini təqdim edib.

Sputnik Azərbaycan xəbər verir ki, musiqisi Nicat Məlikov, sözləri Elnurə Nağıyeva və Nicat Məlikova məxsus mahnı "Olar" adlanır. Səs uzlaşması və masterinq Fərid İsmayılova aiddir. Sözügedən duet elə Nicat Məlikov tərəfindən ekranlaşdırılıb.

Ekran işi cəsarətli səhnə performansı və mahnı mətnləri ilə seçilib. Belə ki, "Olar" layihəsində Röya və Rauf Uilyam Şekspirdən oxuyaraq deputat, müəllim, həkim və vəkillərə eyham ediblər. Hər iki sənətçinin kimyasının uyğunluğu klipin kadrlarında özünü aydın büruzə verib. Xalq artisti müasirliyini, zövqünü, artistizmini kamera qarşısında danışdırıb, Rauf isə ekstravanqantlığı ilə Röyanın ən yaxşı tərəf-müqabili kimi yadda qalıb.

R.Ayxanın saç, makiyaj və geyimi üzərində Aygün Məmmədova, Elnur Talıbov və Leyla Mamedova çalışıb.

Klipin çəkilişləri Bakı şəhərində olub və pandemiya dövründə tətbiq edilən karantin tədbirlərinə riayət edilib. Çəkiliş prosesində iştirak edən hər bir komanda üzvünün sosial məsafə, maska və s. kimi gigiyena qaydalarına əməl olunması təmin edilib, baş qəhrəmanlar COVID-19 testini verdikdən sonra bir araya gəliblər.

Layihənin baş prodüseri Kənan Bayramov, prodüseri Vüsal Rzazadə və icraçı prodüseri Cavid Əhmədovdur.

Teqlər:
vəkil, həkim, deputat, müəllim, Uilyam Şekspir, müğənni, Röya Ayxan, klip, mahnı

Əsas mövzular