08:04 24 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0695
MƏDƏNİYYƏT
Qısa URL
2810

Dağlıq Qarabağ və ona bitişik rayonlarda 9 Mərkəzləşdirilmiş Kitabxana Sistemi, 927 kitabxana və orada saxlanılan 4,6 milyon nüsxə kitab talan edilib

BAKI, 26 dekabr — Sputnik. İşğaldan azad edilmiş ərazilərimizin kitabxana-informasiya şəbəkəsi yenidən yaradılacaq. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə bu gün Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasında "Azərbaycanın Ermənistan və Qarabağda məhv edilmiş maddi mədəniyyət abidələri: kitabxanalar, muzeylər, təhsil ocaqları nümunəsində" adlı vebinar respublika elmi konfransında məlumat verilib.

Bildirilib ki, könüllülük prinsipi əsasında AMEA Mərkəzi Elmi Kitabxanası işğaldan azad olunmuş rayon, şəhər, kənd və qəsəbələrdə MEK-in yaxından dəstəyi və könüllü qruplarının birgə təşəbbüsləri ilə kitabxana-informasiya şəbəkəsinin yaradılmasında da üzərlərinə düşən işi yerinə yetirməyə hazırdır.

Qeyd edilib ki, 27 illik erməni işğalının və barbarlığının nəticəsi Qarabağ və onun ətrafındakı rayonlarda mövcud olmuş kitabxanalardan da yan keçməyib. Erməni terrorçuları zəbt etdikləri qədim Azərbaycan torpaqları olan Dağlıq Qarabağ və ona bitişik rayonlarda 9 Mərkəzləşdirilmiş Kitabxana Sistemi, 927 kitabxana və orada saxlanılan 4,6 milyon nüsxə kitabı talan ediblər. 13 dünya əhəmiyyətli (6 memarlıq və 7 arxeoloji), 292 ölkə əhəmiyyətli (119 memarlıq və 173 arxeoloji) və 330 yerli əhəmiyyətli (270 memarlıq, 22 arxeoloji, 23 bağ, park, monumental və xatirə abidələri, 15 dekorativ sənət nümunəsi) tarix və mədəniyyət abidələri işğal zonasında qalıb. Təqribi hesablamalara görə, Azərbaycanın kitabxana-informasiya sahəsinə 20 milyon 815 min ABŞ dolları həcmində maddi ziyan dəydiyi vurğulanıb.

Teqlər:
şəbəkə, zərər, AMEA, erməni vandalizmi, kitabxana, kitablar, Azərbaycan, Qarabağ

Əsas mövzular