03:49 16 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0232
  • EUR2.0652
MƏDƏNİYYƏT
Qısa URL
19 0 0

Filmdə şairin səfərləri, onu əhatə edən şərait həm Yeseninin özünün, həm də onun dostlarının və davamçılarının həyat və yaradıcılığına böyük təsir göstərmiş hadisələr barədə ətraflı söhbət açılır.

BAKI, 22 dekabr — Sputnik. Bakıdakı Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin (RİMM) yaradıcı komandası böyük rus şairi Sergey Yeseninin 125 illik yubileyi münasibətilə şairin həyat və yaradıcılığının Bakı dövrünə həsr edilmiş sənədli film çəkib.

Sputnik Azərbaycan xəbər verir ki, filmin rejissoru Rüstəm Hüseynovdur. Yarım saatlıq ekran əsərində şairi Bakıya gətirmiş hadisələr, ona təsir göstərən insanlar, Bakı həyatının ona bağışladığı təəssürat, onu müşayiət edən şəxslər, o dövrün coşqun ədəbi mühiti, Yeseninin bir sıra əsərlərinin ilk nəşri, onun şəxsiyyətinin və yaradıcılığının Azərbaycanda ədəbi həyata təsiri barədə ətraflı söhbət açılır.

Nadir arxiv materiallarından, Sergey Yeseninin və onun yaxın dostlarının nadir fotoşəkillərindən, şəxsi məktublarından və sənədlərindən, böyük şairin bir sıra əsərlərinin ilk nəşrləri ilə bağlı kadrlardan, o dövrün videoxronikasından istifadə olunmuş bu filmdə Sergey Yeseninin bioqrafiyası və yaradıcılığı barədə çoxlarına məlum olmayan faktlar təqdim edilib. Filmdə şairin səfərləri, onu əhatə edən şərait, həm Yeseninin özünün, həm də onun dostlarının və davamçılarının həyat və yaradıcılığına böyük təsir göstərmiş hadisələr barədə ətraflı söhbət açılır.

Sənədli filmdə Yeseninin adı ilə bağlı yerlərə xüsusi diqqət yetirilib, bu yerlərin sonrakı taleyi və müasir vəziyyəti barədə ətraflı məlumat verilib.

Əsas mövzular