04:56 16 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0232
  • EUR2.0652
MƏDƏNİYYƏT
Qısa URL
4810

Tezliklə azərbaycanlı tamaşaçılara əsasən gənc aktyorların iştirak etdiyi yeni serial təqdim olunacaq. Onun çəkiliş komandasına müxtəlif ölkələrdən olan peşəkarlar daxildir

BAKI, 20 dekabr – Sputnik, Kəmalə Əliyeva. Gələn ilin əvvəlində gənclər üçün “Sən və Mən” serialının premyerası baş tutacaq. O, yerli kinematoqrafiyaya yeni nəfəs gətirməyə iddialıdır. Serialda daha çox emosiya və dinamikaya yer veriləcəyi gözlənilir.

Serialın rejissoru və ssenari müəllifi,  All Stars media MMC şirkətinin direktoru Аli Moreno (Əli Əliyev) Sputnik Azərbaycan-a bildirib ki, filmin YouTube-dakı kanalında nümayiş etdirdikləri ilk tizer böyük uğur qazanıb. Onun sözlərinə görə, bütün rəylər müsbət olub.

Çəkiliş qrupuna müxtəlif ölkələrdən olan peşəkarlar daxildir. Orada əsasən gənc aktyorlar çəkiliblər.

“Bizim məqsədimiz əsasən yerli serialları bəyənməyən gənclərin diqqətini çəkməkdir. Sübut etmək istəyirik ki, bizdə də maraqlı, keyfiyyətdə xaricdəkilərdən geri qalmayan işlər görmək olar”, - Əliyev qeyd edib.

“Sən və Mən” serialının ilk bölümü serialın YouTube-dakı rəsmi kanalında 2021-ci ilin əvvəlində göstəriləcək. Layihə ilə bir çox yerli telekanallar da maraqlanır, ancaq onun gələcəkdə TV-də yayımlanması barədə hələ bir qərar verilməyib.

Teqlər:
rejissor, "Youtube" kanalı, gənclər, serial, Azərbaycan

Əsas mövzular