CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanlı müğənni Netflix-in döyüş filminə çəkilir

© Photo : Instagram / sevamusicofficialСевиндж Агаширинова
Севиндж Агаширинова  - Sputnik Azərbaycan
Abunə olmaq
Sevinc Ağaşirinova ilk dəfə olaraq peşəkar filmdə çəkiləcək. Çəkilişlər başlasa da, filmin premyerasının vaxtı bəlli deyil

BAKI, 20 dekabr — Sputnik, Kəmalə Əliyeva. Tanınmış müğənni Sevinc Ağaşirinova Amerikanın məşhur kino şirkəti Netflix-in kriminal aləmdən bəhs edən döyüş filmində çəkilir.

İfaçı Sputnik Azərbaycan-a bildirib ki, o, studiya ilə artıq müqavilə imzalayıb. Filmin çəkilişləri də başlanıb. Müğənni etiraf edib ki, indiyədək müxtəlif filmlərdə epizodik rollarda çəkilib, ancaq indi ilk dəfə olaraq peşəkar aktrisa kimi rol oynayacaq.

Müqavilənin şərtlərinə görə, Ağaşirinova filmin təfərrüatını hələlik açıqlaya bilməz. Film Netflix-in saytında göstəriləcək. Ancaq premyeranın vaxtı hələ bəlli deyil.

Netflix – Amerikanın əyləncə şirkətidir, axın multimediası əsasında film və seriallarn tədarükçüsüdür. 1997-ci il avqustun 29-da Rid Hastinq və Mark Rendolf tərəfindən yaradılıb. Mənzil-qərargahı Kaliforniyada, Los-Qatosda yerləşir. Bu günlərdə şirkət Türkiyədə də studiya açıb.

Sevinc Ağaşirinova karyerasına aparıcı kimi başlayıb. O, “Xalq ulduzu” vokal müsabiqəsinin aparıcısı olub. Sonra isə müğənni olmaq istəyib. Ərə gedib oğul sahibi olandan sonra yaradıcılığında pauza vermək qərarına gəlib. İndi isə yenidən səhnəyə qayıtmaq fikrindədir, amma Türkiyədə.

Xəbər lenti
0