16:27 23 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0695
MƏDƏNİYYƏT
Qısa URL
24 0 0

"Mona Liza" ilə görüş Luvr muzeyinin işini davam etdirməsi məqsədi ilə vəsait toplamaq üçün çəkilən lotlardan biri idi.

BAKI, 19 dekabr — Sputnik. Fransada Luvr muzeyində qeyri-adi hərrac keçirilib.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, hərraca Leonardo da Vinçinin şah əsəri "Mona Lisa" ("La Gioconda") əsərinin illik yoxlanışında iştirak etmək üçün bilet qoyulub.

Belə ki, əsərin gülləkeçirməyən qabdan çıxarılması prosesində iştirak etmək üçün bir şəxs 98 min dollar ödəyərək, bileti alıb.

Qeyd edək ki, "Mona Liza" ilə görüş Luvr muzeyinin işini davam etdirməsi məqsədi ilə vəsait toplamaq üçün çəkilən lotlardan biri idi. Alıcı əfsanəvi əsəri qoruyucu şüşəsiz görə biləcək.

Hərrac 1-15 dekabr tarixlərində aparılıb.

Onlayn hərracda 2,365 milyon avro vəsait toplanıb. Satılan sənət əsərləri və eksklüziv saray təcrübələri 24 ölkədən sərgi iştirakçılarını özünə cəlb edib. Hərracdan əldə edilən gəlir Luvr tərəfindən "Hər kəs üçün Muzey" proqramı üçün istifadə ediləcək. Mədəniyyət sahəsində təhsil proqramları ilə yeni bir məkan yaradılacağı planlaşdırılır.

Teqlər:
hərrac, Luvr Muzeyi, Leonardo da Vinçi, Mona Liza, Cokonda

Əsas mövzular